
Şirvanda yeni işə qəbul olunmuş müəllimlər üçün təlim keçirilib
Pedaqoqların peşəkar inkişafına təkan verən təlimləri, innovativ tədris təcrübələrini izləmək üçün direktor.az-a abunə olun. Təhsil sahəsindəki ən son metodiki yanaşmalar, regional layihələrdən məlumatlı olmaq üçün bizi izləyin.
Şirvan STEAM Mərkəzində yeni işə qəbul olunmuş müəllimlər üçün “Müasir dərsin təşkili: planlaşdırmadan qiymətləndirməyədək” mövzusunda təlim keçirilib.
Direktor.az xəbər verir ki, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) Şirvan şəhər koordinatorları Nurəddin Babayev və Fidan Baloğlanovanın təşkilatçılığı, Şirvan şəhər təhsil sektorunun dəstəyi ilə baş tutan təlimin təlimçisi Elnarə Quliyeva olub.
Təlim zamanı dərsin planlaşdırılması, təlim prosesinin təşkili, müasir təlim metodları və qiymətləndirmə üsulları haqqında ətraflı məlumat verilib. Həmçinin praktiki tapşırıqlar yerinə yetirilib və mövzu ətrafında müzakirələr aparılıb. Təlimin əsas məqsədi yeni müəllimlərin peşəkar inkişafına dəstək olmaq, onların müasir tədris bacarıqlarını təkmilləşdirmək və təcrübə mübadiləsi üçün əlverişli şərait yaratmaq olub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

