
BMU müəlliminə elmi dərəcə verilib
Ali məktəblərdə akademik heyətib nailiyyətlərini, pedaqoji uğurlarını izləmək üçün direktor.az-a abunə olun. Universitetlərdəki elmi inkişaf prosesləri, rəsmi təltiflərdən məlumatlı olmaq üçün bizi izləyin.
Bakı Mühəndislik Universitetinin (BMU) Ümumi fənlər kafedrasının müəllimi Ramiz Nəcəfliyə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən fəlsəfə doktoru elmi dərəcəsi verilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Ramiz Nəcəfli “Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları” ixtisası üzrə dissertasiya işini uğurla müdafiə edərək tarix elmləri sahəsində fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

