
Şagirdlər arasında “BilBacar” müsabiqəsi keçiriləcək
İbtidai sinif şagirdlərinin rəqəmsal qiymətləndirmə bacarıqlarını artıran bu cür intellektual yarışları, mərhələ nəticələrini izləmək üçün direktor.az-a abunə olun. Şagirdlərin fərdi inkişafına təkan verən müsabiqələr, rəsmi elanlardan xəbərdar olmaq üçün bizi izləyin.
“BilBacar” müsabiqəsi yenidən başlayır
Müsabiqə 2026/2027-ci tədris ilində III-IV sinif şagirdlərini əhatə edəcək.
Direktor.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Bu il müsabiqənin məqsədi ibtidai sinif şagirdlərinin təbiət elmləri (həyat bilgisi çərçivəsində) və riyaziyyat üzrə bilik və bacarıqlarını inkişaf etdirmək, eyni zamanda, onlara kompüter əsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaqdır.
Müsabiqə 2026-cı ilin noyabr ayından 2027-ci ilin may ayınadək virtual platforma üzərindən keçiriləcək. Yarış çərçivəsində şagirdlərə təxminən 40-60 sual təqdim olunacaq. Şagirdlərin yarış mərhələsinə hazırlaşmaları üçün platformada “Hazırlıq” bölməsi də fəaliyyət göstərəcək.
Şagirdlər topladıqları ballara əsasən altı liqa üzrə sıralanacaqlar. Birinci mərhələnin nəticələrinə əsasən “Qızıl”, “Kristal”, “Çempion” və “Usta” liqalarında yer alan şagirdlər 2027-ci ilin iyun ayının ilk yarısında keçiriləcək final mərhələsində iştirak edəcəklər. Final mərhələsinin qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

