
SDU-nun rektoru Azərbaycan–Özbəkistan İkinci Rektorlar Forumunda iştirak edib
Ali təhsil müəssisələrimizin regional tərəfdaşlığı, universitet–sənaye əlaqələrini izləmək üçün direktor.az-a abunə olun. Qarabağda təşkil olunan akademik tədbirlər, təhsil strategiyalarından xəbərdar olmaq üçün bizi izləyin.
Oktyabrın 16-da Xankəndi şəhərində Qarabağ Universitetinin ev sahibliyi ilə Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu keçirilib. Forumda Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru, professor Nurəli Yusifbəyli iştirak edib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilin. İki ölkənin 30-a yaxın ali təhsil müəssisəsinin təmsil olunduğu forum ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, elmi tədqiqat və innovasiya istiqamətlərində birgə təşəbbüslərin təşviqi, eləcə də universitetlərarası əlaqələrin möhkəmləndirilməsinə həsr olunub.
Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək Azərbaycan–Özbəkistan münasibətlərində ali təhsil və elmi əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Forumda universitet–sənaye əməkdaşlığı, elmi tədqiqatların praktiki tətbiqi, innovasiya potensialının artırılması və beynəlxalq akademik əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb.
Tədbir çərçivəsində Sumqayıt Dövlət Universiteti ilə Özbəkistanın Daşkənd Dövlət Nəqliyyat Universiteti və Termez Dövlət Mühəndislik və Aqrotexnologiya Universiteti arasında əməkdaşlıq memorandumları imzalanıb. Memorandumlar universitetlərarası əlaqələrin genişləndirilməsi və birgə akademik təşəbbüslərin inkişafı baxımından əhəmiyyət daşıyır.
Forumun ikinci günü oktyabrın 17-də keçiriləcək
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin