
OYU ilə İstanbul Nişantaşı Universiteti arasında əməkdaşlıq görüşü keçirilib
Ali təhsil müəssisələrinin beynəlxalq əlaqələri, strateji tərəfdaşlıqları izləmək üçün direktor.az-a abunə olun. Qlobal akademik inteqrasiya, elmi araşdırmalardan xəbərdar olmaq üçün bizi izləyin.
Odlar Yurdu Universiteti ilə Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən olan İstanbul Nişantaşı Universiteti arasında beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsinə həsr olunmuş rəsmi görüş keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Görüşdə Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev, universitetin prorektorları və müəllim heyəti, eləcə də İstanbul Nişantaşı Universitetinin rektoru Ayşegül Komşuoğlu Çıtıpıtıoğlu, İdarə Heyətinin üzvü və sədr məsləhətçisi Ecmel Ayral, "Turqua Group Eğitim Danışmanlık Kültür AŞ" İdarə Heyətinin sədri Nagehan Yanaz, direktor müavini Ezgi Turgut, həmçinin "Azeredu-Mentora College" təsisçiləri Sedef Ünlü Guliyeva və Abdurrahman Çalışkan iştirak ediblər.
Müzakirələr zamanı iki ali təhsil müəssisəsi arasında akademik icma üçün yeni imkanlar yaradacaq strateji istiqamətlər müəyyən olunub. Razılaşdırılmış əsas prioritetlərə aşağıdakılar daxildir:
- Tələbə və akademik heyətin mübadiləsi: Tələbələrə beynəlxalq təhsil mühiti qazandırmaq, professor-müəllim heyətinin təcrübə mübadiləsini təmin etmək;
- Birgə elmi tədqiqatlar və nəşrlər: İnnovativ elmi araşdırmalar aparmaq, birgə məqalələr dərc etdirmək və beynəlxalq layihələrdə iştirak etmək;
- Tədris sahəsində tərəfdaşlıq: Təhsil proqramlarının təkmilləşdirilməsi və qabaqcıl metodologiyaların tətbiqi.
Görüşün yekununda universitet rektorları, prorektorlar və müəllim heyətinin iştirakı ilə Odlar Yurdu Universitetinin kampusu ziyarət edilib. Qonaqlar müasir auditoriyalar, elmi laboratoriyalar və tələbələr üçün yaradılmış infrastrukturla yaxından tanış olaraq, universitetdə tədrisin təşkili səviyyəsini yüksək qiymətləndiriblər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin