
UNEC tələbələri “Agro Hackathon 2026”nın qalibi olublar
Ali təhsil müəssisələrində tətbiqi layihələr, tələbə hakatonlarını izləmək üçün direktor.az-a abunə olun. Təhsil müəsissələrinin innovativ təşəbbüsləri, praktiki inkişafından xəbərdar olmaq üçün bizi izləyin.
“Agro Hackathon 2026” hakatonunda 13 ali təhsil müəssisəsini təmsil edən 52 tələbə iştirak edib.
Direktor.az xəbər verir ki, bu barədə UNEC-dən bildirilib. Yarışma çərçivəsində iştirakçılar işğaldan azad edilmiş rayonlarla bağlı investisiya müsabiqələrini və layihə imkanlarını bir araya gətirən platformanın konsepsiyasını hazırlayıblar. 44 saat 44 dəqiqə 44 saniyə davam edən hakaton müddətində komandalar ideyalarını inkişaf etdirib, təklif etdikləri həllərin funksional modellərini hazırlayıb və layihələrini təqdim ediblər. Yarışma zamanı akselerasiya və inkubasiya mərkəzlərinin nümayəndələri mentor qismində iştirak edərək komandalara dəstək göstəriblər. UNEC-i təmsil edən komanda qalib olub.
UNEC-i təmsil edən qalib komandamızın üzvləri:
1. Məhəmməd Nəzərli — Kompüter mühəndisliyi
2. İlkin İsmayılov — Kompüter mühəndisliyi
3. Vəli Cəlilov — Menecment (SABAH qrupları)
4. Atabəy Əsgərov — Menecment (SABAH qrupları)
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin