
Dağlıq Şirvan Regional Təhsil idarəsi vakansiya elan edir
Regional təhsil idarələrində işə qəbul prosesləri, vakansiyalar, təhsil idarəçiliyində kadr təminatını izləmək üçün direktor.az-a abunə olun. Təhsil sistemindəki məşğulluq imkanlarından xəbərdar olmaq üçün bizi izləyin.
Dağlıq Şirvan Regional Təhsil İdarəsində vakant olan mühasib vəzifəsinin tutulması məqsədilə müsabiqə elan edilir.
Direktor.az xəbər verir ki, müsabiqə sənəd qəbulu və test mərhələlərindən ibarət olacaq.
Tələb olunan sənədlər:
* Şəxsiyyəti təsdiq edən sənədin surəti;
* Əmək kitabçasının surəti (olduğu halda);
* Təhsil haqqında sənədin surəti;
* Kadrlar uçotunun şəxsi vərəqəsi (şəkilli və yazılı formada);
* Tərcümeyi-hal.
Sənədlərin qəbulu 19–23 oktyabr 2026-cı il tarixlərində, saat 09:00-dan 18:00-dək həyata keçiriləcək.
Müsabiqədə iştirak etmək istəyən namizədlər tələb olunan sənədləri qeyd olunan tarixlərdə müvafiq ünvana təqdim edə bilərlər.
Ünvan: Şamaxı şəhəri, Şəhriyar küçəsi, 21 (Dağlıq Şirvan Regional Təhsil İdarəsi).
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin