
Tibb Universitetinin nümayəndələri “Qocalar evi”nin sakinləri tibbi müayinədən keçirib
Ali təhsil müəssisələrində praktiki tədris prosesi, universitetlərin humanitar fəaliyyətlərini izləmək üçün direktor.az-a abunə olun. Təhsil müəssisələrinin ictimai layihələri, peşəkar kadr hazırlığından xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Tibb Universitetinin (ATU) müəllim və tələbələri cəmiyyətin həssas qruplarına tibbi dəstəyin göstərilməsi, sağlamlığın qorunması və sosial rifahın təşviqi istiqamətində növbəti təşəbbüsə qoşulublar.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Səhiyyə Nazirliyinin Bakı Şəhər Herontoloji Mərkəzinin təşkil etdiyi aksiya çərçivəsində 9 saylı “Qocalar evi”nin sakinləri tibbi müayinədən keçirilib.
Aksiyada ATU-nun Ailə təbabəti kafedrasının dosenti Arzu Bəydəmirova, universitetin IV kurs rezidenti Nəzrin Eynizadə və II Müalicə-profilaktika fakültəsinin IV kurs tələbəsi Şəhriar İsmayıl yaxından iştirak ediblər. Universitet nümayəndələri ahıl sakinlərin sağlamlıq vəziyyətini qiymətləndirərək, ümumilikdə, 60-a yaxın şəxsin tibbi müayinəsini həyata keçirib, onların sağlamlığının qorunmasına və tibbi ehtiyaclarının müəyyənləşdirilməsinə töhfə veriblər.
Ahıl nəslin sağlamlığının qorunmasına yönələn bu fəaliyyət sağlamlığın, insan ləyaqətinin və nəsillərarası həmrəyliyin dayanıqlı inkişafın ayrılmaz hissəsi olduğunu bir daha nümayiş etdirir.
Qeyd edək ki, aksiya Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə də uzlaşır. Xüsusilə, DİM 3 – Sağlamlıq və rifah çərçivəsində hər kəs üçün sağlam həyatın təmin edilməsi və rifahın təşviqi, DİM 10 – Bərabərsizliyin azaldılması baxımından həssas qrupların tibbi xidmətlərə çıxışının dəstəklənməsi, eləcə də DİM 4 – Keyfiyyətli təhsil istiqamətində tibb tələbə və rezidentlərinin praktiki bilik və sosial məsuliyyət bacarıqlarının inkişafı baxımından əhəmiyyətlidir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin