
İdman Akademiyasının əməkdaşları Macarıstanda təlimdə iştirak edir
Ali təhsil müəssisələrinin beynəlxalq əlaqələri, müəllim heyətinin qlobal mübadilə layihələrini izləmək üçün direktor.az-a abunə olun. Akademik tərəfdaşlıqlar, xarici universitetlərlə birgə təşəbbüslərdən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan İdman Akademiyasının (ASA) bir qrup əməkdaşı Macarıstan İdman Elmləri Universitetinin (HUSS) “Beynəlxalq Tədris Həftəsi 2026” proqramında iştirak edir.
Direktor.az xəbər verir ki, ASA-nın Humanitar fənlər kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Günel Aslanova HUSS-un magistratura pilləsində “Sport Mental Trainers” və bakalavriat pilləsində “Sport and Exercise Science” təhsili alan tələbələrə idman psixologiyası fənnindən dərslər aparır.
Həmin kafedranın baş müəllimi Zülfiyyə Yolçiyeva pedaqogika, İdman tibbi tədqiqatları laboratoriyasının meneceri Nəcibə Hüseynova isə idman menecmenti fənləri üzrə dərslər keçirlər. Qeyd edək ki, beynəlxalq tədris mübadiləsi Akademiyanın xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə, təcrübə mübadiləsinə və beynəlxalq akademik əlaqələrin inkişafına töhfə verir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin