
Səfərbərlik Xidmətində işləmək istəyənlərin nəzərinə! DİM imtahan keçirəcək
Dövlət qurumlarına işə qəbul qaydalarını, kompüter əsaslı qiymətləndirmə mexanizmlərini izləmək üçün direktor.az-a abunə olun. Dövlət qulluğu, imtahan idarəçiliyi sistemindəki xəbərlərdə agah olmaq üçün bizi izləməyə davam edin.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətə və mülki işə qəbul olmaq üçün test imtahanı 2 oktyabr 2026-cı il tarixində keçiriləcək.
Direktor.az xəbər verir ki, imtahan DİM tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küç., 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda kompüter vasitəsilə götürüləcək. İmtahanda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni "Aktual elektron imtahanlara qeydiyyat, buraxılış vərəqəsi və nəticələrin çapı" https://exidmet.dim.gov.az/elimt/ xidməti vasitəsi ilə əldə edə bilərlər.
Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin