
MDU-da tələbələrin peşə bacarıqlarına yiyələnməsi üçün festival keçirilib
Ali təhsil müəssisələrinin əmək bazarı ilə sıx inteqrasiyasını, gənclərin məşğulluq imkanlarını izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi, regional maarifləndirmə tədbirləri və ölkəmizin kadr hazırlığı sistemində baş verən yeniliklərdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Mingəçevir şəhərində “Peşə öyrən, gələcəyini qur!” devizi ilə “PeşəFest-2026” festivalı keçirilib.
Direktor.az xəbər verir ki, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov və universitetin tələbələri festivalda iştirak ediblər. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunan festivalın əsas məqsədi gəncləri əmək bazarında aktual olan peşələrlə tanış etmək və onların gələcək karyera seçimlərinə dəstək göstərmək olub.
Tədbirdə çıxış edən Mingəçevir ŞİH-in başçısı İlham İsmayılov gənclərin müasir peşə və bacarıqlara yiyələnməsinin vacibliyini vurğulayıb. O, “PeşəFest”in gənclərin peşə imkanları barədə məlumatlılığının artırılması və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini qeyd edib.
DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov festivalın iştirakçılara müxtəlif fəaliyyət sahələrini yaxından tanımaq, öz maraq və bacarıqlarını dəyərləndirmək, həmçinin gələcək peşə seçimi ilə bağlı daha dolğun təsəvvür formalaşdırmaq imkanı yaratdığını bildirib.
MDU-nun rektoru Anar Eminov çıxışında müasir dövrdə ali təhsilin yalnız nəzəri biliklərin ötürülməsi ilə məhdudlaşmadığını, tələbələrin peşəkar və praktiki bacarıqlarının inkişaf etdirilməsinin də mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırın. Rektor universitetlə əmək bazarı arasında əlaqələrin gücləndirilməsinin, tələbələrin dəyişən iş mühitinə hazırlığının vacibliyini vurğulayıb.
Festival çərçivəsində tibb, xidmət və dizayn sahələri, həmçinin kibertəhlükəsizlik, Əşyaların İnterneti (IoT) və UI/UX dizaynı kimi müasir istiqamətlər də iştirakçılara təqdim edilib. Gənclər mütəxəssislərlə birbaşa ünsiyyət quraraq ayrı-ayrı fəaliyyət sahələrinin xüsusiyyətləri və inkişaf perspektivləri ilə yaxından tanış olublat.
MDU-nun bu kimi təşəbbüslərdə iştirakı BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən “Keyfiyyətli təhsil” və “Layiqli əmək və iqtisadi artım” istiqamətlərinə töhfə verir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin