
Şəki-Zaqatala RTİ-də müəllimlərin işə qəbulu başlayıb
Regional təhsil idarələrində işə qəbul proseslərini, pedaqoqların seçimlərini və məktəbəqədər təhsil müəssisələrindəki yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi, müəllimlərin işə qəbul qaydaları və məktəbəqədər təlim-tərbiyə sistemindəki rəsmi xəbərlər üçün bizi izləməyə davam edin.
Sentyabrın 28-dən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi start verilib.
Direktor.az xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib. Test imtahanından ən yüksək bal toplayan 15 namizəd idarənin inzibati binasına dəvət olunub.
Müsahibə zamanı namizədlərin peşə keyfiyyətləri və psixoloji vəziyyəti komissiya tərəfindən qiymətləndirilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin