
“Sertifikasiya əsasında sürətli direktor təyinatı aparılacaq"- Emin Əmrullayev
Müəllimdən məktəb direktoruna aparan karyera yolunu və rəsmi islahatları yaxından izləmək üçün direktor.az-a abunə olun. Qiymətləndirmə nəticələrini, direktorların işə qəbulu ilə bağlı yenilikləri və təhsil gündəmindəki mühüm elanları qaçırmamaq üçün bildirişləri aktiv edin.
"Bu il ilk dəfə olaraq, 600 nəfərdən artıq məktəb direktorunun təyinatını həyata keçirəcəyik. İlk dəfədir ki, sertifikasiya nəticələri sasında müəyyən müsahibələr keçirilməklə sürətli şəkildə məktəb rəhbərləri təyin ediləcək".
Direktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AZTV-nin “Hədəf” verilişində deyib.
Nazir bildirib ki, direktorların işə qəbulu mexanizmi çərçivəsində qiymətləndirmələrin nəticələrinin cari ayın sonunadək elan edilməsi planlaşdırılır:
"Həll etməyə çalışdığımız problemlərdən biri odur ki, müəllimdən məktəb rəhbərinə gedən karyera yolu düzəltməliyik. Təhsil sistemimizdə uzun müddət keyfiyyətli məktəb direktorundan daha çox şəffaf seçimə diqqət etmişik. Lakin yaxşı məktəb direktoru seçmək üçün müsahibə önəmli məsələdir. Məktəb direktoru dediyimiz idarəçi şəxs, ilk növbədə, yaxşı idarəçi olmalıdır. Öz fənnini bilməyən adamdan məktəb direktoru çıxmaz. Həmçinin metodist təcrübəsi olmalıdır ki, başqa müəllimləri arxasınca apara biləcək liderlik qabiliyyəti olsun. Ona görə də qeyd etdiyimiz karyera yolunda metodistləri rolunu çox vacib görürəm", – deyə nazir bildirib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin