
Sinif rəhbərinin vəzifə öhdəlikləri . Məktəb situasiyaları
“Sinif rəhbərinin fəaliyyətinin təşkilati və elmi-metodiki əsasları. Sinif rəhbərinin vəzifə öhdəlikləri” materialı sinif rəhbərinin gündəlik fəaliyyətini, məsuliyyət sərhədlərini, şagirdlərlə, valideynlərlə və məktəb rəhbərliyi ilə işini praktik məktəb situasiyaları əsasında izah edir. Material “Mənim sinfim: 15 sentyabrdan son zəngə qədər” — V–IX siniflərin sinif rəhbərləri üçün praktik dəstək kitabımdan hazırlanıb. Direktor.az-a abunə olun və sinif rəhbərinin yalnız tədbir təşkil edən şəxs deyil, sinfin inkişafını planlaşdıran, şagirdi izləyən, valideynlə əməkdaşlıq quran və tərbiyə işini məqsədli şəkildə idarə edən müəllim kimi fəaliyyətini sistemli öyrənin. Məqaləni oxuya və səsli dinləyə, təqdim olunan məktəb situasiyalarını işləyərək kitabdakı yanaşmaları öz sinfinizin gündəlik fəaliyyətində tətbiq edə bilərsiniz.
"Mənim sinfim: 15 sentyabrdan son zəngə qədər"
V–IX siniflərin sinif rəhbərinə praktik dəstək - kitabımdan...
Elşən Qafarov. Məktəbşünas
Sinif rəhbərinin işi nədən asılıdır. Sinif rəhbərinin işi hər məktəbdə və hər sinifdə eyni qurulmur, onun həcmi və məzmunu bir neçə şərtdən asılıdır. Birinci şərt məktəbdə təlim-tərbiyə prosesinin təşkilidir: məktəbin bir və ya iki növbədə işləməsi, sinifdəki şagird sayı, dərnəklərin və idman bölmələrinin olub-olmaması sinif rəhbərinin imkanlarını müəyyən edir. İkinci şərt məktəbin və sinfin tərbiyə işi ənənələri, o cümlədən şagird özünüidarəsinin nə dərəcədə qurulmasıdır. Üçüncü şərt məktəbin və ailələrin uşağın sağlamlığını qorumaq imkanlarıdır: tibb otağının olması, idman zalının vəziyyəti, ailənin uşağın qidalanmasına və yuxusuna diqqəti. Dördüncü şərt şagirdlərin yaş xüsusiyyətləridir. V–VI siniflərdə uşaq hələ müəllimə çox bağlıdır, VII–IX siniflərdə isə yeniyetmə müstəqillik istəyir və yaşıdlarının fikrinə daha çox önəm verir. Beşinci şərt sinifdə dərs deyən müəllimlərin dərsdənkənar işə hazırlığı və sinif rəhbəri ilə birgə işləmək istəyidir. Ona görə sinif rəhbəri başqa məktəbin hazır planını götürmür, işini öz məktəbinin və sinfinin real şəraitinə görə qurur.
Abunə Məzmunu
Bu məqaləyə və bütün premium məzmuna tam giriş əldə etmək üçün abunə olun.
Biliyinizi Yoxlayın
2. Sinif rəhbərinin vəzifə öhdəlikləri. SİTUASİYALI TESTLƏR II HİSSƏ
Abunə Məzmunu
Bu testi açmaq üçün abunə olun və biliyinizi yoxlayın.
3. Sinif rəhbərinin vəzifə öhdəlikləri. SİTUASİYALI TESTLƏR III HİSSƏ
Abunə Məzmunu
Bu testi açmaq üçün abunə olun və biliyinizi yoxlayın.
4. Sinif rəhbərinin vəzifə öhdəlikləri. SİTUASİYALI TESTLƏR IV HİSSƏ
Abunə Məzmunu
Bu testi açmaq üçün abunə olun və biliyinizi yoxlayın.
1. Sinif rəhbərinin vəzifə öhdəlikləri. SİTUASİYALI TESTLƏR I HİSSƏ
Abunə Məzmunu
Bu testi açmaq üçün abunə olun və biliyinizi yoxlayın.

