
Şirvan-Salyan RTİ-də direktor müavini vəzifəsi üçün müsahibə keçirilib
Ümumi təhsil müəssisələrində direktor müavini vəzifəsinə keçirilən müsahibə və namizədlərin qiymətləndirilməsi barədə məlumatlar üçün direktor.az-a abunə olun. Məktəb idarəçiliyi, regional təhsil siyasətindən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifələri üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb.
Direktor.az xəbər verir ki, müsahibə mərhələsində ümumilikdə 25 namizəd iştirak edib. Namizədlərin idarəetmə və pedaqoji kompetensiyaları, kommunikasiya bacarıqları, situativ məsələlər üzrə qərarvermə və problem həll etmə yanaşmaları, həmçinin komandada səmərəli əməkdaşlıq etmək bacarıqları qiymətləndirilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin