
Şirvan-Salyan RTİ-i müəllimlərə təşəkkürnamə təqdim edib
Tədrisin keyfiyyətinin artırılmasına yönəlmiş tədbirləri, təhsilverənlərin əməyinin qiymətləndirilməsini və ümumtəhsil məktəblərindəki nailiyyətləri izləmək üçün direktor.az-a abunə olun. Regional təhsil idarəçiliyi siyasəti, məktəb rəhbərlərinin fəaliyyəti və ölkəmizin maarif sistemində həyata keçirilən yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə bağlı Şirvan şəhərində tədbir keçirilib
Direktor.az xəbər verir ki, bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsindən bildirilib. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, idarənin struktur bölmə rəhbərləri, YAP-ın Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov və digər müəssisələrin rəhbərləri iştirak ediblər.
İlk olaraq Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb. Daha sonra Şirvan şəhər 11 nömrəli tam orta ümumtəhsil məktəbində davam edən tədbirdə Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş sərgiyə baxış keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Ulu Öndər Heydər Əliyevin Azərbaycanın gələcək inkişafı ilə bağlı müəyyənləşdirdiyi strateji xəttdə təhsilin daim mühüm yer tutduğunu, Prezident İlham Əliyev tərəfindən müəllimlərin cəmiyyətin inkişafındakı əvəzsiz rolunun yüksək qiymətləndirildiyini vurğulayıb.
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edərək, ölkəmizdə təhsil sahəsinin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü islahatlardan, əldə olunan mühüm nailiyyətlərdən və təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində görülən ardıcıl işlərdən bəhs edib.
Sonra Elm və Təhsil Nazirliyi tərəfindən təltif olunan müəllimlərə, həmçinin Regional Təhsil İdarəsinin müdiri tərəfindən ötən tədris ilində IV və VI sinif monitorinqlərinin nəticələrinə əsasən sinfi ən yüksək nəticə göstərən müəllimlərə, bir qrup müəssisə rəhbərinə və tərbiyəçi-müəllimə təşəkkürnamələr təqdim olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin