
“Süni intellektdən istifadən edən müəllimlə digər müəllimlər arasında fərq olacaq”
Məktəb təhsilində süni intellektin rolu, bu texnologiyanın tədris prosesinə inteqrasiyası barədə məlumatları saytımızdan əldə edin. Rəqəmsal transformasiya dövründə müəllimlərin peşəkar bacarıqlarının artırılmasını, süni intellekt alətlərindən səmərəli istifadə yollarını və təhsildə tətbiq olunan innovativ çağırışları izləmək üçün direktor.az-a abunə olun.
Hazırda əsas məsələlərdən biri süni intellektin məktəbdə müəllimin rəqibi, həmkarı, yoxsa köməkçisi kimi çıxış etməsi və qərarvermə prosesində hansı rolu daşımasıdır.
Direktor.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev “Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumunda çıxışı zamanı deyib. Nazir bildirib ki, süni intellekt artıq təhsil sisteminin bir hissəsinə çevrilib və əsas məsələ ondan necə səmərəli istifadə etməkdir:
“Süni intellektdən istifadə edən müəllimlə bu texnologiyadan istifadə etməyən müəllimin fəaliyyəti arasında fərq yarana bilər. Süni intellekt tətbiqləri bizə daha sürətli qərarlar qəbul etmək imkanı verəcək. Amma bunun üçün təbii ki, ondan istifadə etməyi öyrənmək lazımdır. Məsələnin dinamikliyi də bundan ibarətdir ki, süni intellekt artıq qapının arxasında deyil, içəridədir. Yəni siz onunla qarşılaşmaya bilməzsiniz. Eyni zamanda, burada emosional müzakirə aparmaq və “müəllim həmişə müəllimdir, süni intellekt heç vaxt onu əvəz etməyəcək” fikrini səsləndirmək mənə görə çox bayağı yanaşmadır. Çünki müzakirənin mövzusu bu deyil.
Müzakirənin mövzusu odur ki, biz süni intellektdən istifadə edərək necə irəliyə doğru gedə bilərik”, - deyə Emin Əmrullayev bildirib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin