
“45 dəqiqənin sonunda müəllim əmin olmalıdır ki, şagird öyrənir” - NAZİR
Şagirdlərin akademik inkişafını, tədris keyfiyyətinin yüksəldilməsini və ümumtəhsil məktəblərində tətbiq olunan yeni strateji hədəfləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi siyasəti, məktəb mühitinin inkişafı və ölkəmizin maarif sistemində həyata keçirilən yeniliklərdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Məktəbdə ən vacib müzakirə mövzusu şagirdin öyrənib-öyrənməməsi olmalıdır. Şagird öyrənirsə, deməli, təhsil prosesi irəliyə doğru gedir.
Direktor.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev “Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumunda çıxışı zamanı deyib. Nazir bildirib ki, təhsil prosesinin əsas məqsədi şagirdin öyrənməsidir. Müəllim dərs zamanı nəzərdə tutulan təlim nəticələrinə nail olmaqla yanaşı, şagirdin həqiqətən öyrəndiyinə əmin olmalıdır:
“45 dəqiqənin sonunda, günün sonunda, həftənin sonunda və ya bir neçə ilin sonunda müəllim əmin olmalıdır ki, şagird öyrənir, yəni öyrənmə prosesi baş verir. Şagirdlər öyrənirsə, deməli, proses irəliyə doğru gedir. Daha sonra onların daha yaxşı və daha uğurlu necə öyrənə biləcəkləri barədə düşünə bilərik. Təhsil məsələləri ilə bağlı müzakirələrin mərkəzində şagird dayanmalıdır. Məktəbin fəaliyyətinin mahiyyəti və əsas məqsədi şagirdlərin öyrənməsi ilə bağlıdır”.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin