
Təhsil haqqında dövlət sənədlərinin təsvirlərinin və onların verilməsi qaydaları № 1 07.01.2016

Məktəbşünas
Müəllif
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 7 yanvar tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələrində təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi QAYDASI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 7 yanvar tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.20-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələrində təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi qaydasını tənzimləyir.
1.2. Ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələrində təhsilini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə (bundan sonra – TMİS) “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi - diplom (diploma əlavə ilə birlikdə) verilir.
1.3. Təhsil haqqında dövlət sənədində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra - EHİS) üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu sənədlərdə göstərilən məlumatların EHİS üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim edilməsinə bərabər tutulur.
1.4. Ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələrində təhsil haqqında dövlət sənədləri ali təhsil pilləsinin növbəti səviyyəsində təhsili davam etdirmək və (və ya) ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas hesab olunur.
1.5. Ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tibb təhsili və magistratura səviyyələrini xüsusi nailiyyətlərlə başa vuran məzunlara fərqlənmə diplomu (o cümlədən diploma əlavə), digər hallarda adi diplom (o cümlədən diploma əlavə), rezidentura səviyyəsini başa vuran məzunlara isə diplom verilir.
2. Ali təhsil haqqında dövlət sənədlərinin təsviri və verilməsi
2.1. Diplom ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura və rezidentura səviyyələri üzrə təhsilalanlar təhsil müəssisəsini bitirdikdən sonra 10 (on) iş günü müddətində hazırlanır.
2.2. Diplom və diploma əlavə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən TMİS-ə ötürülən və TMİS-də formalaşan məlumatlar əsasında hazırlanır.
2.3. Diplomda aşağıdakılar göstərilir:
2.3.1. “Azərbaycan Respublikası” sözləri, Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri;
2.3.2. diplomun növü (adi və ya fərqlənmə);
2.3.3. diplomun seriyası və nömrəsi (TMİS tərəfindən verilir);
2.3.4. diplomalanın soyadı, adı, atasının adı və doğulduğu tarix;
2.3.5. ali təhsil müəssisəsinin adı;
2.3.6. ixtisasın (ixtisaslaşmanın) adı;
2.3.7. ali təhsil səviyyəsi;
2.3.8. diplomalana verilən ali peşə-ixtisas (elmi-ixtisas) dərəcəsi;
2.3.9. diplomalanın ali təhsil müəssisəsini bitirdiyi il;
2.3.10. diplomun verildiyi il;
2.3.11. diplomun həqiqiliyini yoxlamaq üçün ştrix kod.
2.4. Diploma əlavədə aşağıdakılar göstərilir:
2.4.1. diplomalanın soyadı, adı və atasının adı;
2.4.2. diplomalanın fərdi identifikasiya nömrəsi (olduğu halda);
2.4.3. diplomalanın (əcnəbi və vətəndaşlığı olmayan şəxslərə münasibətdə) şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, verildiyi tarix və sənədi verən orqanın adı;
2.4.4. ali təhsil müəssisəsinin adı;
2.4.5. diplomalanın ali təhsil müəssisəsinə daxil olduğu il (oxuduğu müddətdə təhsil müəssisəsini dəyişdirən və ya digər ali təhsil müəssisəsinə bərpa olunan məzuna münasibətdə ilk ali təhsil müəssisəsinə qəbul olunduğu il nəzərdə tutulur);
2.4.6. diplomalanın ali təhsil müəssisəsini bitirdiyi il;
2.4.7. ali təhsil səviyyəsi;
2.4.8. ixtisasın (ixtisaslaşmanın) adı;
2.4.9. tədris dili;
2.4.10. diplomalana verilən ali peşə-ixtisas (elmi-ixtisas) dərəcəsi;
2.4.11. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi üzrə kvalifikasiya səviyyəsi;
2.4.12. diplomalanın bitirdiyi ixtisas üzrə normativ təhsil müddəti;
2.4.13. təhsil kreditləri (akademik kreditlərin ümumi miqdarı);
2.4.14. diplomalanın bitirdiyi təhsil səviyyəsinə hansı təhsil pilləsindən və (və ya) səviyyəsindən qəbul olunmasına dair məlumat;
2.4.15. təhsilalma forması;
2.4.16. ixtisas üzrə təhsil proqramının təlim nəticələri;
2.4.17. ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);
2.4.18. tədris planı üzrə fənlərin adı, təcrübə, onlara ayrılan kreditlər (saatlar), yekun dövlət attestasiyasının növü (olduğu halda), təhsilalanın aldığı qiymətlər və ballar;
2.4.19. bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyəsini bitirənlərə münasibətdə - diplomun təhsilalana ali təhsilin bakalavr (əsas (baza ali) tibb təhsili) səviyyəsinə uyğun əmək fəaliyyəti ilə məşğul olmaq və magistratura (rezidentura) səviyyəsinə qəbul olunmaq üçün hüquq verdiyinə dair qeyd;
2.4.20. magistratura səviyyəsini bitirənlərə münasibətdə - diplomun təhsilalana magistr dissertasiyasını müdafiə etdiyi halda doktorantura səviyyəsində təhsilini davam etdirmək və müvafiq ixtisas (ixtisaslaşma) üzrə əmək fəaliyyətinə başlamaq üçün hüquq verdiyinə dair, digər halda isə müvafiq ixtisas (ixtisaslaşma) üzrə əmək fəaliyyətinə başlamaq üçün hüquq verdiyinə dair qeyd;
2.4.21. rezidentura səviyyəsini bitirənlərə münasibətdə - diplomun təhsilalana doktorantura səviyyəsində təhsilini davam etdirmək və müvafiq ixtisas (ixtisaslaşma) üzrə əmək fəaliyyətinə başlamaq üçün hüquq verdiyinə dair qeyd;
2.4.22. diploma əlavənin həqiqiliyini yoxlamaq üçün ştrix kod.
2.5. Diplomda və diploma əlavədə bütün məlumatlar Azərbaycan dilində yazılır. Məzunun müraciəti ilə təhsil haqqında dövlət sənədləri ingilis dilində də tərtib edilə bilər.
2.6. Ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tibb təhsili və magistratura səviyyələri üzrə diplom ali təhsil müəssisəsinin rəhbərinin, rezidentura təhsil səviyyəsi üzrə diplom isə Azərbaycan Respublikası səhiyyə nazirinin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası ilə təsdiq edilir.
2.7. Elektron sənəd formasında yaradılan diplom və diploma əlavə diplomalanın EHİS-dəki elektron kabinetində (bundan sonra – elektron kabinet) yerləşdirilməklə ona təqdim edilir.
2.8. Aşağıdakı hallarda diplomun verilməsindən imtina edilir:
2.8.1. şəxsin ali təhsil müəssisəsinə qəbulu qanunvericiliyə uyğun olmadıqda;
2.8.2. təhsilalanın təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsi, müəssisəyə bərpa olunması qanunvericiliyə uyğun həyata keçirilmədikdə;
2.8.3. tədris proqramına uyğun tələb olunan kredit miqdarını tam toplamadıqda;
2.8.4. əlavə təhsil alanların ilkin təhsil proqramını bitirməsini təsdiq edən təhsil sənədinin hüquqi əsası olmadıqda;
2.8.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının ərazisində ali təhsil müəssisəsinə qəbul edilmiş şəxslərin Azərbaycan Respublikası vətəndaşlığının olması və ya Azərbaycan Respublikasının ərazisində daimi yaşadığı müəyyən edildikdə;
2.8.6. təhsil sənədi itən, məhv olan və ya korlanan şəxslərin müvafiq arxiv sənədləri mövcud olmadıqda;
2.8.7. bu Qaydanın 2.3-cü və 2.4-cü bəndlərində qeyd olunan məlumatlar onların hüquqi əsasını təşkil edən sənədlərlə uyğunsuzluq yaratdıqda.
2.9. İmtina barədə qərar bu Qaydanın 2.6-cı bəndinə əsasən təsdiq edilir və ərizəçinin elektron kabinetində yerləşdirilir. Bu Qaydanın 2.8.6-сı və 2.8.7-ci yarımbəndlərində qeyd edilən hallar aradan qaldırıldıqdan sonra diplomun alınması üçün yenidən müraciət edilə bilər.
2.10. Diplomalan elektron kabinetində yerləşdirilən diplomu və diploma əlavəni elektron qaydada tələb olunan ünvanlara göndərə və ya kağız formasında çap edə bilər.
2.11. Diplomun kağız daşıyıcıda olan surətinin təsdiqi “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir.
2.12. Diplomun və diploma əlavənin həqiqiliyi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlanıla bilər.
3. Ali təhsil haqqında dövlət sənədlərinin dublikatının verilməsi
3.1. Bu Qayda qüvvəyə mindiyi tarixədək verilmiş təhsil haqqında dövlət sənədləri itirildikdə, korlandıqda və ya məhv olduqda, diplomalanın müraciətinə əsasən “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan diplomun dublikatı verilir.
3.2. Ərizəçi elektron kabinetinə daxil olaraq diplomun dublikatının verilməsi üçün elektron ərizəni doldurur, itirilmiş, korlanmış və ya məhv olmuş diplomla bağlı özündə olan və ya başqa mənbələrdən (o cümlədən təhsil müəssisəsindən) əldə edə bildiyi məlumatları daxil edir və ərizəni təsdiq edir.
3.3. Ərizəçi elektron kabinetində olan məlumatları əldə edə və müraciətinin statusunu izləyə bilər.
3.4. Elektron ərizə ərizəçi tərəfindən təsdiq edildikdən sonra məlumatların həqiqiliyi 3 (üç) iş günü müddətində yoxlanılır. Elektron kabinetə ərizə və ya sənədlərdə qeyri-dəqiqlik (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla) və ya uyğunsuzluq barədə məlumat göndərildikdən sonra ərizəçi 3 (üç) iş günü ərzində onların düzgünlüyünü təmin edib təkrar elektron ərizəni təsdiq etməlidir.
3.5. Diplomun dublikatı arxiv sənədləri (müəssisəyə qəbul və müəssisədən məzun olma barədə əmrlər, dövlət imtahan komissiyasının protokolu (yekun dövlət attestasiyası nəzərdə tutulduğu halda), təhsil sənədlərinin verilməsinin qeydiyyat kitabı) əsasında tərtib olunur.
3.6. Məlumatların həqiqiliyi yoxlanıldıqdan sonra 15 (on beş) iş günü ərzində müraciətə baxılaraq diplomun dublikatı hazırlanır və ərizəçinin elektron kabinetində yerləşdirilir.
3.7. Diplomun dublikatı bu Qaydanın 2.6-cı bəndinə uyğun olaraq (ali təhsil müəssisəsi yenidən təşkil edildiyi halda həmin müəssisənin hüquqi varisi olan ali təhsil müəssisəsinin, ləğv olunduğu halda isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi ali təhsil müəssisəsinin rəhbəri tərəfindən) təsdiq edilir.
3.8. İtirilmiş diplomun və diploma əlavənin əvəzinə arayışın verilməsi qadağandır.
4. Ali təhsil haqqında dövlət sənədlərinin ləğv edilməsi və yenidən tərtib edilməsi
4.1. Diplomalan tərəfindən təhsil haqqında dövlət sənədlərində səhv məlumatlar aşkar edildiyi halda, diplomalan dərhal elektron kabinetinə daxil olaraq yenidən tərtib edilmiş diplomun verilməsi üçün elektron ərizəni doldurur və onu təsdiq edir.
4.2. Ərizəçi mövcud diplomda (və ya diploma əlavədə) səhv göstərilmiş məlumatları ərizədə qeyd etməli və ya bununla bağlı təsdiqedici sənədləri (olduğu halda) elektron kabinetə yükləməlidir. Müraciətə 15 (on beş) iş günü ərzində baxılır.
4.3. Mövcud təhsil haqqında dövlət sənədlərində səhv göstərilmiş məlumatlar digər mənbələr (hüquq mühafizə orqanları, işəgötürənlər və s.) tərəfindən aşkar edildiyi halda, həmin mənbələrin bununla bağlı rəsmi müraciətləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin bu sahəyə məsul olan müvafiq qurumu tərəfindən 15 (on beş) iş günü ərzində baxılır.
4.4. Öz təsdiqini tapmayan və hüquqi əsası olmayan məlumatlar əsasında elektron qaydada yaradılmış diplom ləğv edilir. Elektron qaydada yaradılmış diplomun ləğv edilməsi və ya dəqiqləşdirilmiş məlumatlar əsasında diplomun yenidən elektron qaydada tərtib edilməsi təhsil müəssisəsinin Elmi Şurasının qərarı ilə rəsmiləşdirilir, TMİS-ə daxil edilir və təhsil müəssisəsinin rəhbərinin təkmil sertifikatlı gücləndirilmiş imzası ilə təsdiqlənir. Dəqiqləşdirilmiş məlumatlar əsasında yenidən elektron qaydada yaradılan diplom isə eyni identifikasiya nömrəsi ilə generasiya olunur. Hər iki halda nəticələr barədə məlumat ərizəçinin elektron kabinetində yerləşdirilir.
Orta ixtisas təhsili haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi QAYDASI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 7 yanvar tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.20-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və orta ixtisas təhsili haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi qaydasını tənzimləyir.
1.2. Orta ixtisas təhsilini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə (bundan sonra – TMİS) “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi - diplom (diploma əlavə ilə birlikdə) verilir.
1.3. Təhsil haqqında dövlət sənədində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra - EHİS) üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu sənədlərdə göstərilən məlumatların EHİS üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim edilməsinə bərabər tutulur.
1.4. Orta ixtisas təhsili haqqında dövlət sənədləri ali təhsil pilləsinin bakalavriat səviyyəsində təhsil almaq və (və ya) ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas hesab olunur.
1.5. Orta ixtisas təhsilini xüsusi nailiyyətlərlə başa vuran məzunlara fərqlənmə diplomu (o cümlədən diploma əlavə), digər hallarda adi diplom (o cümlədən diploma əlavə) verilir.
2. Orta ixtisas təhsili haqqında dövlət sənədlərinin təsviri və verilməsi
2.1. Diplom orta ixtisas təhsil pilləsi üzrə təhsilalanlar təhsil müəssisəsini bitirdikdən sonra 10 (on) iş günü müddətində hazırlanır.
2.2. Diplom və diploma əlavə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən TMİS-ə ötürülən və TMİS-də formalaşan məlumatlar əsasında hazırlanır.
2.3. Diplomda aşağıdakılar göstərilir:
2.3.1. “Azərbaycan Respublikası” sözləri, Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri;
2.3.2. diplomun növü (adi və ya fərqlənmə);
2.3.3. diplomun seriyası və nömrəsi (TMİS tərəfindən verilir);
2.3.4. diplomalanın soyadı, adı, atasının adı və doğulduğu tarix;
2.3.5. orta ixtisas təhsili müəssisəsinin adı;
2.3.6. ixtisasın adı;
2.3.7. diplomalana verilən peşə-ixtisas dərəcəsi;
2.3.8. diplomalanın orta ixtisas təhsili müəssisəsini bitirdiyi il;
2.3.9. diplomun verildiyi il;
2.3.10. diplomun həqiqiliyini yoxlamaq üçün ştrix kod.
2.4. Diploma əlavədə aşağıdakılar göstərilir:
2.4.1. diplomalanın soyadı, adı və atasının adı;
2.4.2. diplomalanın fərdi identifikasiya nömrəsi (olduğu halda);
2.4.3. diplomalanın (əcnəbi və vətəndaşlığı olmayan şəxslərə münasibətdə) şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, verildiyi tarix və sənədi verən orqanın adı;
2.4.4. orta ixtisas təhsili müəssisəsinin adı;
2.4.5. diplomalanın orta ixtisas təhsili müəssisəsinə daxil olduğu il (oxuduğu müddətdə təhsil müəssisəsini dəyişdirən və ya digər orta ixtisas təhsili müəssisəsinə bərpa olunan məzuna münasibətdə ilk orta ixtisas təhsili müəssisəsinə qəbul olunduğu il nəzərdə tutulur);
2.4.6. diplomalanın orta ixtisas təhsili müəssisəsini bitirdiyi il;
2.4.7. ixtisasın adı;
2.4.8. tədris dili;
2.4.9. diplomalana verilən peşə-ixtisas dərəcəsi;
2.4.10. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi üzrə kvalifikasiya səviyyəsi;
2.4.11. diplomalanın bitirdiyi ixtisas üzrə normativ təhsil müddəti;
2.4.12. təhsil kreditləri (akademik kreditlərin ümumi miqdarı);
2.4.13. diplomalanın bitirdiyi təhsil pilləsinə hansı təhsil pilləsindən və (və ya) səviyyəsindən qəbul olunmasına dair məlumat;
2.4.14. təhsilalma forması;
2.4.15. ixtisas üzrə təhsil proqramının təlim nəticələri;
2.4.16. ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);
2.4.17. tədris planı üzrə fənlərin adı, təcrübə, onlara ayrılan kreditlər (saatlar), yekun dövlət attestasiyasının növü (olduğu halda), təhsilalanın aldığı qiymətlər və ballar;
2.4.18. diplomun təhsilalana ixtisası üzrə əmək fəaliyyətinə başlamaq və ali təhsilin bakalavr (əsas (baza ali) tibb təhsili) səviyyəsinə qəbul olunmaq üçün hüquq verdiyinə dair qeyd;
2.4.19. diploma əlavənin həqiqiliyini yoxlamaq üçün ştrix kod.
2.5. Diplomda və diploma əlavədə bütün məlumatlar Azərbaycan dilində yazılır. Məzunun müraciəti ilə təhsil haqqında dövlət sənədləri ingilis dilində də tərtib edilə bilər.
2.6. Orta ixtisas təhsili üzrə diplom orta ixtisas təhsili müəssisəsinin rəhbərinin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası ilə təsdiq edilir.
2.7. Elektron sənəd formasında yaradılan diplom və diploma əlavə diplomalanın EHİS-dəki elektron kabinetində (bundan sonra – elektron kabinet) yerləşdirilməklə ona təqdim edilir.
2.8. Aşağıdakı hallarda diplomun verilməsindən imtina edilir:
2.8.1. şəxsin ali təhsil müəssisəsinə qəbulu qanunvericiliyə uyğun olmadıqda;
2.8.2. təhsilalanın təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsi, müəssisəyə bərpa olunması qanunvericiliyə uyğun həyata keçirilmədikdə;
2.8.3. tədris proqramına uyğun tələb olunan kredit miqdarını tam toplamadıqda;
2.8.4. əlavə təhsil alanların ilkin təhsil proqramını bitirməsini təsdiq edən sənədinin hüquqi əsası olmadıqda;
2.8.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının ərazisində orta ixtisas təhsili müəssisəsinə qəbul edilmiş şəxslərin Azərbaycan Respublikası vətəndaşlığının olması və ya Azərbaycan Respublikasının ərazisində daimi yaşadığı müəyyən edildikdə;
2.8.6. təhsil sənədi itən, məhv olan və ya korlanan şəxslərin müvafiq arxiv sənədləri mövcud olmadıqda;
2.8.7. bu Qaydanın 2.3-cü və 2.4-cü bəndlərində qeyd olunan məlumatlar onların hüquqi əsasını təşkil edən sənədlərlə uyğunsuzluq yaratdıqda.
2.9. İmtina barədə qərar bu Qaydanın 2.6-cı bəndinə əsasən təsdiq edilir və ərizəçinin elektron kabinetində yerləşdirilir. Bu Qaydanın 2.8.6-сı və 2.8.7-ci yarımbəndlərində qeyd edilən hallar aradan qaldırıldıqdan sonra diplomun alınması üçün yenidən müraciət edilə bilər.
2.10. Diplomalan elektron kabinetində yerləşdirilən diplomu və diploma əlavəni elektron qaydada tələb olunan ünvanlara göndərə və ya kağız formasında çap edə bilər.
2.11. Diplomun kağız daşıyıcıda olan surətinin təsdiqi “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir.
2.12. Diplomun və diploma əlavənin həqiqiliyi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlanıla bilər.
3. Orta ixtisas təhsili haqqında dövlət sənədlərinin dublikatının verilməsi
3.1. Bu Qayda qüvvəyə mindiyi tarixədək verilmiş təhsil haqqında dövlət sənədləri itirildikdə, korlandıqda və ya məhv olduqda, diplomalanın müraciətinə əsasən “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan diplomun dublikatı verilir.
3.2. Ərizəçi elektron kabinetinə daxil olaraq diplomun dublikatının verilməsi üçün elektron ərizəni doldurur, itirilmiş, korlanmış və ya məhv olmuş diplomla bağlı özündə olan və ya başqa mənbələrdən (o cümlədən təhsil müəssisəsindən) əldə edə bildiyi məlumatları daxil edir və ərizəni təsdiq edir.
3.3. Ərizəçi elektron kabinetdə olan məlumatları əldə edə və müraciətinin statusunu izləyə bilər.
3.4. Elektron ərizə ərizəçi tərəfindən təsdiq edildikdən sonra məlumatların həqiqiliyi 3 (üç) iş günü müddətində yoxlanılır. Elektron kabinetə ərizədə və ya sənədlərdə qeyri-dəqiqlik (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla) və ya uyğunsuzluq barədə məlumat göndərildikdən sonra ərizəçi 3 (üç) iş günü ərzində onların düzgünlüyünü təmin edib təkrar elektron ərizəni təsdiq etməlidir.
3.5. Diplomun dublikatı arxiv sənədləri (müəssisəyə qəbul və müəssisədən məzun olma barədə əmrlər, dövlət imtahan komissiyasının protokolu (yekun dövlət attestasiyası nəzərdə tutulduğu halda), təhsil sənədlərinin verilməsinin qeydiyyat kitabı) əsasında tərtib olunur.
3.6. Məlumatların həqiqiliyi yoxlanıldıqdan sonra 15 (on beş) iş günü ərzində müraciətə baxılaraq diplomun dublikatı hazırlanır və ərizəçinin elektron kabinetində yerləşdirilir.
3.7. Diplomun dublikatı bu Qaydanın 2.6-cı bəndinə uyğun olaraq (orta ixtisas təhsili müəssisəsi yenidən təşkil edildiyi halda, həmin müəssisənin hüquqi varisi olan orta ixtisas təhsili müəssisəsinin, ləğv olunduğu halda isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi orta ixtisas təhsili müəssisəsinin rəhbəri tərəfindən) təsdiq edilir.
3.8. İtirilmiş diplomun və diploma əlavənin əvəzinə arayışın verilməsi qadağandır.
4. Orta ixtisas təhsili haqqında dövlət sənədlərinin ləğv edilməsi və yenidən tərtib edilməsi
4.1. Diplomalan tərəfindən təhsil haqqında dövlət sənədlərində səhv məlumatlar aşkar edildiyi halda, diplomalan dərhal elektron kabinetinə daxil olaraq yenidən tərtib edilmiş diplomun verilməsi üçün elektron ərizəni doldurur və onu təsdiq edir.
4.2. Ərizəçi mövcud diplomda (və ya diploma əlavədə) səhv göstərilmiş məlumatları ərizədə qeyd etməli və ya bununla bağlı təsdiqedici sənədləri (olduğu halda) elektron kabinetə yükləməlidir. Müraciətə 15 (on beş) iş günü ərzində baxılır.
4.3. Mövcud təhsil haqqında dövlət sənədlərində səhv göstərilmiş məlumatlar digər mənbələr (hüquq mühafizə orqanları, işəgötürənlər və s.) tərəfindən aşkar edildiyi halda, həmin mənbələrin bununla bağlı rəsmi müraciətləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin bu sahəyə məsul olan müvafiq qurumu tərəfindən 15 (on beş) iş günü ərzində baxılır.
4.4. Öz təsdiqini tapmayan və hüquqi əsası olmayan məlumatlar əsasında elektron qaydada yaradılmış diplom ləğv edilir. Elektron qaydada yaradılmış diplomun ləğv edilməsi və ya dəqiqləşdirilmiş məlumatlar əsasında diplomun yenidən elektron qaydada tərtib edilməsi təhsil müəssisəsinin Pedaqoji Şurasının qərarı ilə rəsmiləşdirilir, TMİS-ə daxil edilir və təhsil müəssisəsinin rəhbərinin təkmil sertifikatlı gücləndirilmiş imzası ilə təsdiqlənir. Dəqiqləşdirilmiş məlumatlar əsasında yenidən elektron qaydada yaradılan diplom isə eyni identifikasiya nömrəsi ilə generasiya olunur. Hər iki halda nəticələr barədə məlumat ərizəçinin şəxsi elektron kabinetdə yerləşdirilir.
Peşə təhsili haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi
QAYDASI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 7 yanvar tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.20-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və peşə təhsili haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi qaydasını tənzimləyir.
1.2. Peşə təhsilini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə (bundan sonra – TMİS) “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi - diplom (diploma əlavə ilə birlikdə), qısamüddətli kursları bitirən şəxslərə isə təhsil haqqında dövlət sənədi - sertifikat verilir.
1.3. Təhsil haqqında dövlət sənədində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra - EHİS) üzərindən təqdim (əldə) edilə bilər. Bu sənədlərdə göstərilən məlumatların EHİS üzərindən təqdim olunması həmin sənədlərin təqdim edilməsinə bərabər tutulur.
1.4. Peşə təhsili haqqında dövlət sənədi – diplom peşə təhsili pilləsinin növbəti səviyyəsində və ya ali təhsil pilləsinin bakalavriat səviyyəsində (yüksək texniki-peşə təhsilini bitirənlərə münasibətdə) təhsil almaq və (və ya) ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas hesab olunur. Peşə təhsili haqqında dövlət sənədi – sertifikat ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas hesab olunur.
1.5. Peşə təhsilini xüsusi nailiyyətlərlə başa vuran məzunlara fərqlənmə diplomu (o cümlədən diploma əlavə), digər hallarda adi diplom (o cümlədən diploma əlavə) verilir.
2. Peşə təhsili haqqında dövlət sənədlərinin təsviri və verilməsi
2.1. Diplom (sertifikat) peşə təhsili üzrə təhsilalanlar təhsil müəssisəsini bitirdikdən sonra 10 (on) iş günü müddətində hazırlanır.
2.2. Diplom (sertifikat) və diploma əlavə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən TMİS-ə ötürülən və TMİS-də formalaşan məlumatlar əsasında hazırlanır.
2.3. Diplomda (sertifikatda) aşağıdakılar göstərilir:
2.3.1. “Azərbaycan Respublikası” sözləri, Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri;
2.3.2. diplomun növü (adi və fərqlənmə);
2.3.3. diplomun (sertifikatın) seriyası və nömrəsi (TMİS tərəfindən verilir);
2.3.4. diplomalanın (sertifikatalanın) soyadı, adı, atasının adı və doğulduğu tarix;
2.3.5. diplomalanın (sertifikatalanın) fərdi identifikasiya nömrəsi (olduğu halda);
2.3.6. diplomalanın sertifikatalanın (əcnəbi və vətəndaşlığı olmayan şəxslərə münasibətdə) şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, verildiyi tarix və sənədi verən orqanın adı;
2.3.7. peşə təhsili müəssisəsinin adı;
2.3.8. ixtisasın (kursun) adı;
2.3.9. diplomalana verilən peşə-ixtisas dərəcəsi;
2.3.10. diplomalanın (sertifikatalanın) peşə təhsili müəssisəsini bitirdiyi il;
2.3.11. diplomun (sertifikatın) verildiyi il;
2.3.12. qısamüddətli kurs üzrə təhsil proqramının təlim nəticələri (sertifikata münasibətdə);
2.3.13. sertifikatın ixtisası üzrə əmək fəaliyyətinə başlamaq üçün hüquq verdiyinə dair qeyd.
2.3.14. diplomun (sertifikatın) həqiqiliyini yoxlamaq üçün ştrix kod.
2.4. Diploma əlavədə aşağıdakılar göstərilir:
2.4.1. diplomalanın soyadı, adı və atasının adı;
2.4.2. diplomalanın fərdi identifikasiya nömrəsi (olduğu halda);
2.4.3. diplomalanın (əcnəbi və vətəndaşlığı olmayan şəxslərə münasibətdə) şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, verildiyi tarix və sənədi verən orqanın adı;
2.4.4. peşə təhsili müəssisəsinin adı;
2.4.5. diplomalanın peşə təhsili müəssisəsinə daxil olduğu il (oxuduğu müddətdə təhsil müəssisəsini dəyişdirən və ya digər peşə təhsili müəssisəsinə bərpa olunan məzuna münasibətdə ilk peşə təhsili müəssisəsinə qəbul olunduğu il nəzərdə tutulur);
2.4.6. diplomalanın peşə təhsili müəssisəsini bitirdiyi il;
2.4.7. ixtisasın adı;
2.4.8. tədris dili;
2.4.9. diplomalana verilən peşə-ixtisas dərəcəsi;
2.4.10. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi üzrə kvalifikasiya səviyyəsi;
2.4.11. diplomalanın bitirdiyi ixtisas üzrə normativ təhsil müddəti (yüksək texniki peşə təhsili səviyyəsinin məzunlarına münasibətdə - normativ təhsil müddəti və akademik kreditlərin (saatların) ümumi miqdarı);
2.4.12. diplomalanın bitirdiyi təhsil pilləsinə hansı təhsil pilləsindən və (və ya) səviyyəsindən qəbul olunmasına dair məlumat;
2.4.13. təhsilalma forması;
2.4.14. ixtisas üzrə təhsil proqramının təlim nəticələri;
2.4.15. tədris planı üzrə fənlərin (modulların) adı, yekun dövlət attestasiyasının növü (olduğu halda), onlara ayrılan saatlar (kreditlər), təhsilalanın aldığı qiymətlər (ballar);
2.4.16. ümumi orta müvəffəqiyyət göstəricisi (yüksək texniki peşə təhsili səviyyəsi üzrə) və ya yekun qiymətlərin ədədi ortası (ilk və texniki peşə təhsili səviyyələri üzrə);
2.4.17. diplomun növbəti təhsil səviyyəsində və ya pilləsində təhsilini davam etdirmək və ixtisası üzrə əmək fəaliyyətinə başlamaq üçün hüquq verdiyinə dair qeyd;
2.4.18. diploma əlavənin həqiqiliyini yoxlamaq üçün ştrix kod.
2.5. Diplomda (sertifikatda) və diploma əlavədə bütün məlumatlar Azərbaycan dilində yazılır. Məzunun müraciəti ilə təhsil haqqında dövlət sənədləri ingilis dilində də tərtib edilə bilər.
2.6. Peşə təhsili üzrə diplom (sertifikat) peşə təhsili müəssisəsinin rəhbərinin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası ilə təsdiq edilir.
2.7. Elektron sənəd formasında yaradılan diplom (sertifikat) diplomalanın (sertifikatalanın) EHİS-dəki elektron kabinetində (bundan sonra – elektron kabinet) yerləşdirilməklə ona təqdim edilir.
2.8. Aşağıdakı hallarda diplomun (sertifikatın) verilməsindən imtina edilir:
2.8.1. şəxsin peşə təhsili müəssisəsinə qəbulu qanunvericiliyə uyğun olmadıqda;
2.8.2. təhsilalanın təhsil müəssisəsini, ixtisasını dəyişdirməsi, müəssisəyə bərpa olunması qanunvericiliyə uyğun həyata keçirilmədikdə;
2.8.3. şəxs ilk peşə və texniki peşə təhsili səviyyələri üzrə yekun qiymətləndirmədə iştirak etmədikdə və ya qeyri-müvəffəq qiymət aldıqda;
2.8.4. yüksək texniki peşə təhsili səviyyəsinə uyğun tədris proqramı üzrə tələb olunan kredit miqdarını tam toplamadıqda;
2.8.5. əlavə təhsil alanların ilkin təhsil proqramını bitirməsini təsdiq edən sənədinin hüquqi əsası olmadıqda;
2.8.6. təhsil sənədi itən, məhv olan və ya korlanan şəxslərin müvafiq arxiv sənədləri mövcud olmadıqda;
2.8.7. bu Qaydanın 2.3-cü və 2.4-cü bəndlərində qeyd olunan məlumatlar onların hüquqi əsasını təşkil edən sənədlərlə uyğunsuzluq yaratdıqda.
2.9. İmtina barədə qərar bu Qaydanın 2.6-cı bəndinə əsasən təsdiq edilir və ərizəçinin elektron kabinetində yerləşdirilir. Bu Qaydanın 2.8.6-сı və 2.8.7-ci yarımbəndlərində qeyd edilən hallar aradan qaldırıldıqdan sonra diplomun (sertifikatın) alınması üçün yenidən müraciət edilə bilər.
2.10. Diplomalan (sertifikatalan) elektron kabinetdə yerləşdirilən təhsil haqqında dövlət sənədini elektron qaydada tələb olunan ünvanlara göndərə və ya kağız formasında çap edə bilər.
2.11. Diplomun (sertifikatın) kağız daşıyıcıda olan surətinin təsdiqi “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir.
2.12. Diplomun (sertifikatın) və diploma əlavənin həqiqiliyi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlanıla bilər.
3. Peşə təhsili haqqında dövlət sənədlərinin dublikatının verilməsi
3.1. Bu Qayda qüvvəyə mindiyi tarixədək verilmiş təhsil haqqında dövlət sənədləri itirildikdə, korlandıqda və ya məhv olduqda, diplomalanın (sertifikatalanın) müraciətinə əsasən “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan diplomun (sertifikatın) dublikatı verilir.
3.2. Ərizəçi elektron kabinetinə daxil olaraq diplomun (sertifikatın) dublikatının verilməsi üçün elektron ərizəni doldurur, itirilmiş, korlanmış və ya məhv olmuş diplomla (sertifikatla) bağlı özündə olan və ya başqa mənbələrdən (o cümlədən təhsil müəssisəsindən) əldə edə bildiyi məlumatları daxil edir və onu təsdiq edir.
3.3. Ərizəçi elektron kabinetdə olan məlumatları əldə edə və müraciətinin statusunu izləyə bilər.
3.4. Elektron ərizə ərizəçi tərəfindən təsdiq edildikdən sonra məlumatların həqiqiliyi 3 (üç) iş günü müddətində yoxlanılır. Elektron kabinetə ərizədə və ya sənədlərdə qeyri-dəqiqlik (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla) və ya uyğunsuzluq barədə məlumat göndərildikdən sonra ərizəçi 3 (üç) iş günü ərzində onların düzgünlüyünü təmin edib təkrar elektron ərizəni təsdiq etməlidir.
3.5. Diplomun (sertifikatın) dublikatı arxiv sənədləri (müəssisəyə qəbul və ya müəssisədən məzun olma barədə əmrlər, dövlət imtahan komissiyasının protokolu (yekun dövlət attestasiyası nəzərdə tutulduğu halda), təhsil sənədlərinin verilməsinin qeydiyyat kitabı) əsasında tərtib olunur.
3.6. Məlumatların həqiqiliyi yoxlanıldıqdan sonra 15 (on beş) iş günü ərzində müraciətə baxılaraq diplomun (sertifikatın) dublikatı hazırlanır və ərizəçinin elektron kabinetində yerləşdirilir.
3.7. Diplomun (sertifikatın) dublikatı bu Qaydanın 2.6-cı bəndinə uyğun olaraq (peşə təhsili müəssisəsi yenidən təşkil edildiyi halda, həmin müəssisənin hüquqi varisi olan peşə təhsili müəssisəsinin, ləğv olunduğu halda isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi peşə təhsili müəssisəsinin rəhbəri tərəfindən) təsdiq edilir.
3.8. İtirilmiş diplomun (sertifikatın) və diploma əlavənin əvəzinə arayışın verilməsi qadağandır.
4. Peşə təhsili haqqında dövlət sənədlərinin ləğv edilməsi və yenidən tərtib edilməsi
4.1. Diplomalan (sertifikatalan) tərəfindən təhsil haqqında dövlət sənədlərində səhv məlumatlar aşkar edildiyi halda, diplomalan (sertifikatalan) dərhal elektron kabinetinə daxil olaraq yenidən tərtib edilmiş diplomun (sertifikatın) verilməsi üçün elektron ərizəni doldurur və onu təsdiq edir.
4.2. Ərizəçi mövcud diplomda (sertifikatda) (və ya diploma əlavədə) səhv göstərilmiş məlumatları ərizədə qeyd etməli və ya bununla bağlı təsdiqedici sənədləri ( olduğu halda) elektron kabinetə yükləməlidir. Müraciətə 15 (on beş) iş günü ərzində baxılır.
4.3. Mövcud təhsil haqqında dövlət sənədlərində səhv göstərilmiş məlumatlar digər mənbələr (hüquq-mühafizə orqanları, işəgötürənlər və s.) tərəfindən aşkar edildiyi halda, həmin mənbələrin bununla bağlı rəsmi müraciətləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin bu sahəyə məsul olan müvafiq qurumu tərəfindən 15 (on beş) iş günü ərzində baxılır.
4.4. Öz təsdiqini tapmayan və hüquqi əsası olmayan məlumatlar əsasında elektron qaydada yaradılmış diplom (sertifikat) ləğv edilir. Elektron qaydada yaradılmış diplomun (sertifikatın) ləğv edilməsi və ya dəqiqləşdirilmiş məlumatlar əsasında diplomun (sertifikatın) yenidən elektron qaydada tərtib edilməsi təhsil müəssisəsinin Pedaqoji Şurasının qərarı ilə rəsmiləşdirilir, TMİS-ə daxil edilir və təhsil müəssisəsinin rəhbərinin təkmil sertifikatlı gücləndirilmiş imzası ilə təsdiqlənir. Dəqiqləşdirilmiş məlumatlar əsasında yenidən elektron qaydada yaradılan diplom (sertifikat) isə eyni identifikasiya nömrəsi ilə generasiya olunur. Hər iki halda nəticələr barədə məlumat ərizəçinin elektron kabinetində yerləşdirilir.
Ümumi təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi
QAYDASI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 7 yanvar tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.20-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və ümumi təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi qaydasını tənzimləyir.
1.2. Ümumi təhsil müəssisələrini ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə bitirən, həmçinin peşə təhsili müəssisələrində peşə təhsili ilə yanaşı tam orta təhsil almış şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə (bundan sonra – TMİS) “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi – attestat (attestata əlavə ilə birlikdə) verilir.
1.3. Ümumi təhsil haqqında dövlət sənədində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra - EHİS) üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu sənədlərdə göstərilən məlumatların EHİS üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim edilməsinə bərabər tutulur.
1.4. Ümumi təhsil haqqında dövlət sənədi növbəti səviyyədə və pillədə təhsili davam etdirmək və ya əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır.
1.5. Ümumi orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vuran məzunlara ümumi orta təhsil haqqında fərqlənmə attestatı (o cümlədən attestata əlavə), digər hallarda isə ümumi orta təhsil haqqında adi attestat (o cümlədən attestata əlavə) verilir.
1.6. Tam orta təhsil səviyyəsini qızıl və ya gümüş nişanla təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat, əla qiymətlərlə başa vuran məzunlara tam orta təhsil haqqında fərqlənmə attestatı, digər hallarda isə tam orta təhsil haqqında adi attestat verilir.
2. Ümumi təhsil haqqında dövlət sənədlərinin təsviri və verilməsi
2.1. Ümumi orta və tam orta təhsil haqqında attestat məzunlar ümumi təhsilin müvafiq səviyyəsini bitirdikdən sonra 10 (on) iş günü müddətində hazırlanır.
2.2. Attestat və attestata əlavə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən TMİS-ə ötürülən və TMİS-də formalaşan məlumatlar əsasında hazırlanır.
2.3. Attestatda aşağıdakılar göstərilir:
2.3.1. “Azərbaycan Respublikası” sözləri, Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri;
2.3.2. attestatın növü (adi, fərqlənmə və xüsusi nümunəli);
2.3.3. attestatın seriyası və nömrəsi (TMİS tərəfindən verilir);
2.3.4. attestatalanın soyadı, adı, atasının adı və doğulduğu tarix;
2.3.5. ümumi təhsil müəssisəsinin adı;
2.3.6. attestatalanın ümumi təhsil müəssisəsini bitirdiyi il;
2.3.7. attestatın verildiyi tarix;
2.3.8. attestatın həqiqiliyini yoxlamaq üçün ştrix kod.
2.4. Attestata əlavədə aşağıdakılar göstərilir:
2.4.1. attestatalanın soyadı, adı və atasının adı;
2.4.2. attestatalanın fərdi identifikasiya nömrəsi (olduğu halda);
2.4.3. attestatalanın (əcnəbi və vətəndaşlığı olmayan şəxslərə münasibətdə) şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, verildiyi tarix və sənədi verən orqanın adı;
2.4.4. ümumi təhsil müəssisəsinin adı;
2.4.5. təhsil müəssisəsini bitirdiyi il;
2.4.6. təhsilalma forması;
2.4.7. tədris dili;
2.4.8. təlim nəticələri;
2.4.9. təmayülün istiqaməti (olduğu halda);
2.4.10. sadələşmiş və ya uyğunlaşdırılmış təhsil proqramı (sağlamlıq imkanları məhdud şəxslərə münasibətdə);
2.4.11. təhsil səviyyəsi üzrə tədris olunan fənlərin adı, hər bir fənn üzrə saatların ümumi miqdarı və hər bir fənn üzrə təhsilalanın buraxılış sinfinin yekun (illik) qiymətləri (balları), buraxılış imtahanının balları;
2.4.12. dərsdənkənar məşğələ saatları;
2.4.13. korreksiyaedici məşğələlərin saatları (sağlamlıq imkanları məhdud şəxslərə münasibətdə);
2.4.14. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi üzrə kvalifikasiya səviyyəsi;
2.4.15. attestatın növbəti səviyyədə və pillədə təhsili davam etdirmək və ya əmək fəaliyyətinə başlamaq hüququ verdiyinə dair qeyd;
2.4.16. attestata əlavənin həqiqiliyini yoxlamaq üçün ştrix kod.
2.5. Seçilmiş təmayüllər üzrə təsdiq edilmiş tədris planlarında nəzərdə tutulmayan digər fənlərdən tam orta təhsil haqqında təqdim olunan attestata həmin fənlər üzrə yekun (illik) qiymətlər (ballar) və saatların ümumi miqdarı qrafalarına (-) yazılır.
2.6. Sağlamlıq imkanları məhdud olan şəxslərə ümumi orta və tam orta təhsil səviyyələrində təqdim olunan attestatda tədris planlarında nəzərdə tutulmayan fənlər üzrə yekun (illik) qiymətlər (ballar) və saatların ümumi miqdarı qrafalarına (-) yazılır.
2.7. Attestatda və attestata əlavədə bütün məlumatlar Azərbaycan dilində yazılır. Attestatalanın müraciəti ilə təhsil haqqında dövlət sənədləri ingilis dilində də tərtib edilə bilər.
2.8. Attestat ümumi təhsil müəssisəsinin rəhbərinin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası ilə təsdiq edilir.
2.9. Elektron sənəd formasında yaradılan attestat və attestata əlavə attestatalanın (attestatalanın valideynlərinin və ya digər qanuni nümayəndələrinin) EHİS-dəki elektron kabinetində (bundan sonra – elektron kabinet) yerləşdirilməklə ona təqdim edilir.
2.10. Aşağıdakı hallarda attestatın verilməsindən imtina edilir:
2.10.1. şəxsin ümumi təhsil müəssisəsinə qəbulu və sinifdən-sinfə keçirilməsi qanunvericiliyə uyğun olmadıqda;
2.10.2. şəxs ümumi orta və ya tam orta təhsil səviyyələri üzrə yekun attestasiyada iştirak etmədikdə;
2.10.3. təhsil sənədi itən, məhv olan və ya korlanan şəxslərin müvafiq arxiv sənədləri mövcud olmadıqda;
2.10.4. bu Qaydanın 2.3-cü və 2.4-cü bəndlərində qeyd olunan məlumatlar onların hüquqi əsasını təşkil edən sənədlərlə uyğunsuzluq yaratdıqda.
2.11. İmtina barədə qərar bu Qaydanın 2.8-ci bəndinə əsasən təsdiq edilir və ərizəçinin elektron kabinetində yerləşdirilir. Bu Qaydanın 2.10.3-cü və 2.10.4-cü yarımbəndlərində qeyd edilən hallar aradan qaldırıldıqdan sonra attestatın alınması üçün yenidən müraciət edilə bilər.
2.12. Attestatalan (attestatalanın valideynləri və ya digər qanuni nümayəndələri) elektron kabinetində yerləşdirilən attestatı və attestata əlavə elektron qaydada tələb olunan ünvanlara göndərə və ya kağız formasında çap edə bilər.
2.13. Attestatın kağız daşıyıcıda olan surətinin təsdiqi “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir.
2.14. Attestatın və attestata əlavənin həqiqiliyi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlanıla bilər.
3. Ümumi təhsil haqqında dövlət sənədlərinin dublikatının verilməsi
3.1. Bu Qayda qüvvəyə mindiyi tarixədək verilmiş təhsil haqqında dövlət sənədləri itirildikdə, korlandıqda və ya məhv olduqda attestatalanın (attestatalanın valideynlərinin və ya digər qanuni nümayəndələrinin) müraciətinə əsasən “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan attestatın dublikatı verilir.
3.2. Ərizəçi elektron kabinetinə daxil olaraq attestatın dublikatının verilməsi üçün elektron ərizəni doldurur, itirilmiş, korlanmış və ya məhv olmuş attestatla bağlı özündə olan və ya başqa mənbələrdən (o cümlədən təhsil müəssisəsindən) əldə edə bildiyi məlumatları daxil edir və onu təsdiq edir.
3.3. Ərizəçi elektron kabinetdə olan məlumatları əldə edə və müraciətinin statusunu izləyə bilər.
3.4. Elektron ərizə ərizəçi tərəfindən təsdiq edildikdən sonra məlumatların həqiqiliyi 3 (üç) iş günü müddətində yoxlanılır. Elektron kabinetə ərizədə və ya sənədlərdə qeyri-dəqiqlik (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla) və ya uyğunsuzluq barədə məlumat göndərildikdən sonra ərizəçi 3 (üç) iş günü ərzində onların düzgünlüyünü təmin edib təkrar elektron ərizəni təsdiq etməlidir.
3.5. Attestatın dublikatı arxiv sənədləri (əmr, Pedaqoji Şuranın qərarı, təhsil sənədlərinin verilməsinin uçotu və qeydiyyatı kitabı) əsasında tərtib olunur.
3.6. Məlumatların həqiqiliyi yoxlanıldıqdan sonra 15 (on beş) iş günü ərzində müraciətə baxılaraq attestatın dublikatı hazırlanır və ərizəçinin elektron kabinetində yerləşdirilir.
3.7. Attestatın dublikatı bu Qaydanın 2.8-ci bəndinə uyğun olaraq (ümumi təhsil müəssisəsi yenidən təşkil edildiyi halda, həmin müəssisənin hüquqi varisi olan ümumi təhsil müəssisəsinin, ləğv olunduğu halda isə müvafiq təhsili idarəetmə orqanının müəyyən etdiyi ümumi təhsil müəssisəsinin rəhbəri tərəfindən) təsdiq edilir.
3.8. İtirilmiş attestatın və attestata əlavənin əvəzinə arayışın verilməsi qadağandır.
4. Ümumi təhsil haqqında dövlət sənədlərinin ləğv edilməsi və yenidən tərtib edilməsi
4.1. Attestatalan (attestatalanın valideynləri və ya digər qanuni nümayəndələri) tərəfindən təhsil haqqında dövlət sənədlərində səhv məlumatlar aşkar edildiyi halda, attestatalan (attestatalanın valideynləri və ya digər qanuni nümayəndələri) dərhal elektron kabinetinə daxil olaraq yenidən tərtib edilmiş attestatın verilməsi üçün elektron ərizəni doldurur və onu təsdiq edir.
4.2. Ərizəçi mövcud attestatda (və ya attestata əlavədə) səhv göstərilmiş məlumatları ərizədə qeyd etməli və ya bununla bağlı təsdiqedici sənədləri (olduğu halda) elektron kabinetə yükləməlidir. Müraciətə 15 (on beş) iş günü ərzində baxılır.
4.3. Mövcud təhsil haqqında dövlət sənədlərində səhv göstərilmiş məlumatlar digər mənbələr (hüquq mühafizə orqanları, işəgötürənlər və s.) tərəfindən aşkar edildiyi halda, həmin mənbələrin bununla bağlı rəsmi müraciətlərinə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin bu sahəyə məsul olan müvafiq qurumu tərəfindən 15 (on beş) iş günü ərzində baxılır.
4.4. Öz təsdiqini tapmayan və hüquqi əsası olmayan məlumatlar əsasında elektron qaydada yaradılmış attestat ləğv edilir. Elektron qaydada yaradılmış attestaın ləğv edilməsi və ya dəqiqləşdirilmiş məlumatlar əsasında attestatın yenidən elektron qaydada tərtib edilməsi təhsil müəssisəsinin Pedaqoji Şurasının qərarı ilə rəsmiləşdirilir, TMİS-ə daxil edilir və təhsil müəssisəsinin rəhbərinin təkmil sertifikatlı gücləndirilmiş imzası ilə təsdiqlənir. Dəqiqləşdirilmiş məlumatlar əsasında yenidən elektron qaydada yaradılan attestat isə eyni identifikasiya nömrəsi ilə generasiya olunur. Hər iki halda nəticələr barədə məlumat ərizəçinin elektron kabinetində yerləşdirilir.

Müəllif
Məktəbşünas
Bilik və təcrübə paylaşan məzmun yaradıcısı.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin