
Təhsil İnstitutu şagird, müəllim və valideynlər üçün görüşlər keçirib
Məktəblilərin informasiya təhlükəsizliyinin təmin edilməsi, valideyn-müəllim əməkdaşlığını izləmək üçün direktor.az-a abunə olun. Təhsil müəssisələrimizdəki qabaqlayıcı tədbirlər, rəqəmsal maarifləndirmə layihələrindən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi-Pedaqoji Tədqiqatlar Mərkəzinin Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin təşkilatçılığı ilə şagirdlər, müəllimlər və valideynlərlə maarifləndirici görüş keçirilir.
Direktor.az xəbər verir ki, “İbtidai sinif şagirdlərinin rəqəmsal mühitdə zərərli məzmun və təhlükələrdən qorunması” mövzusunda növbəti maarifləndirici görüş Bakı şəhərindəki 286 nömrəli tam orta məktəbdə keçirilib. Tədbirdə ibtidai sinif şagirdlərinin rəqəmsal mühitdə zərərli məzmun və təhlükələrdən qorunmasında valideynlərin roluna xüsusi diqqət yetirilib və onlara tövsiyələr verilib. Bildirilib ki, bu məsələdə valideynlər yalnız nəzarətçi möqeyindən çıxış etməməli, daha təhlükəsiz rəqəmsal gələcək naminə yeni tərəfdaşa çevrilməlidirlər. Eyni zamanda, şagirdlərə internetdə şəxsi məlumatların qorunması, zərərli və şübhə doğuran məzmunlardan uzaq durulması, kiberzorakılıq və digər mövzularda geniş məlumat verilib.
Görüşlərdə dünya ölkələrinin təcrübəsindən nümunələr də təqdim edilib və problemlə bağlı fikir mübadiləsi aparılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

