
BMU-nun daha bir tələbəsi magistratura təhsilini Çində davam etdirəcək
Ali təhsil müəssisələrimizin beynəlxalq əməkdaşlığı, ikili diplom proqramlarını izləmək üçün direktor.az-a abunə olun. Universitetlərimizin beynəlxalq nailiyyətləri, rəsmi tərəfdaşlıqlar və təhsil sahəsindəki yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Bakı Mühəndislik Universitetinin (BMU) “Memarlıq” ixtisası üzrə magistr tələbəsi Nazim Kazımov ikili diplom proqramı çərçivəsində təhsilini Çin Xalq Respublikasında davam etdirəcək.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Tələbə BMU ilə Pekin İnşaat Mühəndisliyi və Memarlıq Universiteti arasında həyata keçirilən proqram üzrə II və III kurs təhsilini Çində alacaq. İki universitet arasında magistratura səviyyəsində ikili diplom proqramı memarlıq, inşaat mühəndisliyi, ətraf mühit mühəndisliyi, informasiya texnologiyaları və maşınqayırma mühəndisliyi ixtisaslarını əhatə edir.
Hazırda bundan əlavə BMU-nun 8 tələbəsi BUCEA-da magistratura təhsilini davam etdirir. Təhsil prosesi 0,5+2,5 il modeli əsasında təşkil olunur. Bu modelə əsasən, tələbələr ilk semestrdə BMU-da, sonrakı təhsil müddətində isə BUCEA-da təhsil alırlar. Proqramın əsas məqsədi beynəlxalq akademik təcrübəyə malik, yüksəkixtisaslı və rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasıdır. Müəyyən edilmiş meyarlara uyğun seçilən və proqramın tələblərini uğurla yerinə yetirən tələbələr hər iki universitetin magistr diplomunu əldə etmək imkanı qazanırlar.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
