
DİM icra hakimiyyəti və məhkəmə orqanının əməkdaşları üçün təlim keçirib
Dövlət idarəçiliyində kadr potensialının artırılması, peşəkar inkişaf təlimlərini izləmək üçün direktor.az-a abunə olun. Dövlət qulluğu sahəsindəki maarifləndirmə tədbirlərindən xəbərdar olmaq üçün bizi izləyin.
Dövlət İmtahan Mərkəzinin Vəzifələrin idarəedilməsi və ehtiyat kadrlarla iş sektorunun müdiri Akif Bayramov və həmin sektorun böyük məsləhətçisi Röyal Şərifov tərəfindən “Dövlət orqanlarında inzibati vəzifələrin tutulması şərtləri və qaydaları” mövzusunda təlim keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Təlimdə mərkəzi icra hakimiyyəti və məhkəmə orqanının əməkdaşları iştirak ediblər. Təlim zamanı iştirakçılara inzibati vəzifələrin müsabiqə, ümumi və daxili müsahibə əsasında tutulması, namizədlərə dair tələblər, müvafiq vəzifələr üzrə qulluq funksiyalarının, vəzifənin tutulma şərtlərinin müəyyən edilməsi, müxtəlif dövrlər üzrə təsdiq edilmiş ali təhsil üzrə ixtisasların uyğunlaşdırılması cədvəli nəzərə alınmaqla təhsilə dair tələbin müəyyən edilməsi, müsahibə proqramlarının hazırlanması ilə bağlı tələblər, habelə “Dövlət qulluğu-Vəzifələrin İdarə edilməsi Sistemi”ndən istifadə və müvafiq sahəyə dair digər məsələlər barədə məlumat verilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

