
Tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı görüşlər keçirilib
Məktəbəqədər və ümumi təhsil sahəsində həyata keçirilən bu cür rəsmi prosesləri, imtahan yeniliklərini izləmək üçün direktor.az-a abunə olun. Pedaqoji kadrların inkişafı, qiymətləndirmə çərçivələrindən xəbərdar olmaq üçün bizi izləyin.
Məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma prosesinə hazırlığına dəstək məqsədilə məlumatlandırma görüşləri keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Görüşdə təhsil idarələrinin müvafiq struktur bölmələrin əməkdaşları, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və tərbiyəçi-müəllimlər iştirak ediblər.
Görüş zamanı sertifikatlaşdırma prosesinin təhsilin keyfiyyətinin yüksəldilməsində rolu, nəticələrin təhsilverənlərin karyera inkişafına və əməyinin stimullaşdırılmasına təsiri, eləcə də prosesin mərhələləri və məzmunu müzakirə olunub. Tərbiyəçi-müəllimlərin sertifikatlaşdırmaya hazırlığına dəstək məqsədilə həyata keçiriləcək tədbirlər barədə məlumat verilib.
Həmçinin sertifikatlaşdırma üzrə qiymətləndirmə çərçivəsi, sualların sayı, bölmələr və mövzular iştirakçıların diqqətinə çatdırılıb, nümunə test tapşırıqları izah edilib və onları maraqlandıran suallar cavablandırılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

