
Xızıda valideyn konfransı keçirilib
Maarifləndirici tədbirləri, rəsmi görüşləri və ölkəmizin təhsil həyatındakı yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil sektorundakı qabaqcıl təşəbbüslər, metodiki yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
11 noyabr tarixində Xızı şəhər M. Müşfiq adına Giləzi kənd tam orta ümumtəhsil məktəbində valideyn konfransı keçirilib.
Konfransda Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini Aynur Rüstəmova, Abşeron və Xızı rayonları üzrə təhsil sektorunun baş məsləhətçisi Pərviz Əhmədov, aparıcı məsləhətçi Zərifə Xanlarova, məktəb direktorları, psixoloqlar və valideynlər iştirak ediblər.
Tədbirdə təqdim olunan slaydlar əsasında çıxış edən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini Aynur Rüstəmova uşağın inkişafında fiziki amillərlə yanaşı, psixoloji və emosional sağlamlığın da mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
O, məktəblərdə emosional zəkanın inkişafı və təhlükəsiz təhsil mühitinin yaradılması istiqamətində görülən işlərdən bəhs edərək, şagirdlərin öz hisslərini tanıması, emosiyalarını idarə etməyi öyrənməsi, empatiya qurması və duyğularını sərbəst ifadə edə bilməsinin vacibliyini diqqətə çatdırıb.
Aynur Rüstəmova uşaqların emosional inkişafında ailə və məktəbin birgə məsuliyyət daşıdığını qeyd edərək, ailədə göstərilən diqqət və qayğının məktəbdə formalaşan sosiallsosiallaşma və problem həlli bacarıqları ilə tamamlandığını bildirib.
Daha sonra “Uşağın psixoloji və emosional inkişafı” mövzusunda çıxış edən B. Y. Cəfərov adına Xırdalan şəhər 3 nömrəli məktəb-liseyin psixoloqu Arzu Şamilova uşağın emosional inkişafında ailənin və məktəbin rolundan, eləcə də bu prosesdə valideyn-məktəb əməkdaşlığının əhəmiyyətindən danışıb.
Konfrans çərçivəsində mövzu ətrafında fikir mübadiləsi aparılıb, valideynləri maraqlandıran suallar cavablandırılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

