
Tibb Universiteti kök hüceyrə haqqında seminar keçirəcək
Ali təhsil müəssisələrində keçirilən elmi sessiyaları və akademik mühitdəki mühüm müzakirələri izləmək üçün direktor.az-a abunə olun. Elm və ali təhsil siyasəti, universitetlərin elmi-tədqiqat fəaliyyətindən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Tibb Universitetinin (ATU) Elmi Araşdırmalar Mərkəzində “Kök hüceyrə izolyasiyası və identifikasiyası” mövzusunda elmi seminar keçiriləcək.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Belə ki, seminar 14 oktyabr, saat 10:30-da ATU-nun Elmi Araşdırmalar Mərkəzində baş tutacaq. Seminarda tədqiqatçı, biologiya üzrə fəlsəfə doktoru İnci Şıxaliyeva kök hüceyrələrin izolyasiyası, kultivasiya üsulları və identifikasiyasında tətbiq olunan müasir metodlar barədə məlumat verəcək. Həmçinin, axın sitometriyası, immunoflüoressensiya və hüceyrə markerlərinin əhəmiyyəti, kök hüceyrələrin diferensiasiya potensialının qiymətləndirilməsi məsələləri müzakirə olunacaq.
Seminar kök hüceyrə tədqiqatları ilə maraqlanan iştirakçılar üçün aktual elmi biliklərin əldə olunması baxımından faydalı olacaq.
Maraqlanan şəxslər seminarda iştirak edə bilərlər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin