
Mingəçevir Dövlət Universitetinin məzunları ilə görüş keçirilib
Ali təhsil müəssisələrinin məzun siyasətini, tələbələrin karyera hazırlığına verilən dəstəyi izləmək üçün direktor.az-a abunə olun. Elm və təhsil idarəçiliyi siyasəti, universitet–məzun tərəfdaşlığından xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Mingəçevir Dövlət Universitetində müxtəlif illərdə tələbə olmuş məzunlarla çay süfrəsi ətrafında görüş keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə MDU-dan bildirilib. Görüşün əsas məqsədi universitetin məzunları ilə əlaqələrin gücləndirilməsi, onların universitet həyatında iştirakının təşviq edilməsi və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi olub.
Görüş zamanı məzunlarla universitet arasında qarşılıqlı əlaqələrin davamlı xarakter almasının, məzunların peşəkar təcrübə və biliklərindən universitetin inkişafı, eləcə də tələbələrin karyera hazırlığı prosesində yararlanmağın əhəmiyyəti ön plana çıxıb. Bu cür görüşlərin məzunların universitetlə bağlılığının qorunmasına, onların vahid məzun şəbəkəsi ətrafında birləşdirilməsinə və yeni əməkdaşlıq imkanlarının formalaşmasına töhfə verməsi vurğulanıb.
Təşəbbüs Mingəçevir Dövlət Universitetinin məzunlarla sistemli işin təşkili, məzun şəbəkəsinin inkişafı və universitet–məzun münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətin tərkib hissəsidir. Bu yanaşma, eyni zamanda, ali təhsil müəssisəsi ilə məzunları arasında uzunmüddətli tərəfdaşlıq əlaqələrinin qurulmasına, məzunların universitetin inkişaf proseslərinə cəlbinə və onların potensialından səmərəli istifadəyə xidmət edir.
Qarşılıqlı dialoq formatında keçən görüş zamanı məzunlar universitetlə bağlı təəssüratlarını bölüşüblər, onları maraqlandıran suallar cavablandırılıb və təklifləri dinlənilib.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində məzunlarla əlaqələrin genişləndirilməsi, onların peşəkar inkişafının dəstəklənməsi və universitetin inkişafına töhfə verə biləcək əməkdaşlıq platformalarının formalaşdırılması istiqamətində fəaliyyətin davam etdirilməsi nəzərdə tutulur.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin