
Qazaxıstanlı tələbə AzTU-da təcrübə keçib
Ali təhsil müəssisələrimizin beynəlxalq elmi proqramlarını, akademik mübadilə layihələrini izləmək üçün direktor.az-a abunə olun. Elm və ali təhsil idarəçiliyi siyasəti, tədqiqat institutlarının fəaliyyətindən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Qazaxıstanın K. İ. Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetinin Nəqliyyat Mühəndisliyi və Logistika Məktəbinin doktorantı Aday Kukentayev iki universitet arasında mövcud əməkdaşlıq çərçivəsində həyata keçirilən tələbə mübadiləsi proqramı əsasında 2026/2027-ci tədris ilinin payız semestrində bir ay müddətində Azərbaycan Texniki Universitetinin (AzTU) Logistika və Nəqliyyat İnstitutunda elmi-tədqiqat təcrübəsi keçib.
Tələbə təcrübə müddətində Logistika və Nəqliyyat İnstitutunun əməkdaşlarının dəstəyi ilə elmi-tədqiqat fəaliyyətinə başlayıb və institutun müvafiq istiqamətlər üzrə apardığı işlərlə tanış olub. Bu müddətdə o, avtomobil yığımı prosesinin AnyLogic proqramında modelləşdirilməsi, istehsal prosesinin əsas mərhələlərinin simulyasiya modelinə inteqrasiyası, istehsal qüsurlarının modelləşdirilməsi və onların prioritetləşdirilməsi üzrə tədqiqat işləri aparıb, müxtəlif ssenarilər üzrə ilkin simulyasiya təcrübələri həyata keçirib.
AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov Aday Kukentayevlə görüşərək onun təcrübə müddətində həyata keçirdiyi elmi-tədqiqat işləri ilə maraqlanıb və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Təcrübə proqramını uğurla başa vuran Aday Kukentayevə sertifikat təqdim olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin