
Müxtəlif ölkələrdən olan alimlər İdman Akademiyasında konfransda iştirak edirlər
Ali təhsil müəssisələrində beynəlxalq elmi əməkdaşlıqlar və mühüm tədbirlər barədə xəbərlər üçün direktor.az-a abunə olun. Akademik müzakirələri, təhsil sahəsindəki bütün vacib yenilikləri qaçırmamaq üçün bizi izləyin.
24–25 noyabr tarixlərində Azərbaycan İdman Akademiyasında (ASA) “ASA-da idman elmlərinin inkişafı” mövzusunda IV Beynəlxalq Elmi-Praktik Konfrans keçirilir.
Direktor.az xəbər verir ki, bu barədə akademiyadan bildirilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Güləş Federasiyası və ASA-nın birgə təşkilatçılığı ilə reallaşan konfransın məqsədi idman elmləri sahəsində müasir elmi yanaşmaları müzakirə etmək, innovativ tədqiqatları təşviq etmək və beynəlxalq elmi əməkdaşlığı genişləndirməkdir.
Konfransda müxtəlif ölkələrdən alimlər, tədqiqatçılar, akademik heyət nümayəndələri və gənc mütəxəssislər iştirak edərək idman elminin aktual istiqamətləri üzrə məruzələrlə çıxış edirlər. Sloveniya, Bolqarıstan, Yaponiya, Serbiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Rusiya və digər ölkələrdən olan alim və mütəxəssislərin qatıldığı konfransın proqramına plenar məruzələr, tematik panel sessiyaları və praktiki vörkşoplar daxildir.
İki gün davam edəcək konfransın elmi bilik və təcrübə mübadiləsi, yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi, eləcə də idman elminin nəzəri və praktiki əsaslarının inkişafı baxımından əhəmiyyətli platforma olması nəzərdə tutulur.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
