
AGMA Cəlilabadda müəllimlər üçün təlim təşkil edib
Müəllimlər üçün keçirilən təlimlər və pedaqoji heyətin peşəkar inkişafı ilə bağlı rəsmi xəbərləri öyrənmək üçün direktor.az-a abunə olun. Tədris prosesində müasir rəqəmsal alətlərin tətbiqi, region məktəblərində keçirilən maarifləndirici görüşlərindən məlumatlı olmaq üçün bizi izləyin.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə Cəlilabad şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbində müəllimlər üçün “Rəqəmsal texnologiyaların təlimə inteqrasiyası” mövzusunda təlim təşkil olunub.
Direktor.az xəbər verir ki, bu barədə AGMA-dan bildirilib. Təlimdə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədr müavini Tural Mehtiyev, AGMA-nın Cəlilabad rayonu üzrə koordinatorları, eləcə də Azərbaycan Dillər Universitetinin və “Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyinin (PİMD) dəvət olunmuş mütəxəssisləri iştirak ediblər.
Təlim çərçivəsində Azərbaycan Dillər Universitetinin Psixologiya və Pedaqogika kafedrasının dosentləri, pedaqogika üzrə fəlsəfə doktoru Səbinə Rüstəmova və psixologiya üzrə fəlsəfə doktoru Şəlalə Babayeva, kafedranın baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Şəfiqə Tahirova, həmçinin PİMD-in psixoloqu Ceyhunə Dəmirova-Mahmudova çıxış ediblər.
Təlim zamanı rəqəmsal texnologiyaların təlim prosesinə inteqrasiyası, müasir rəqəmsal alətlərdən səmərəli istifadə yolları barədə ətraflı məlumat verilib. Mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və aktual məsələlər müzakirə olunub.
Təlimin əsas məqsədi müəllimlərin rəqəmsal texnologiyaların təlim prosesinə inteqrasiyası sahəsində nəzəri biliklərini artırmaq, müasir təhsil yanaşmalarına uyğun praktik bacarıqlarını inkişaf etdirmək olub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

