
OYU-da fakültə dekanı və kafedra müdiri vəzifələrinə seçkilər keçirilib
Ali təhsil və dövlət qurumlarındakı ən son kadr təyinatları, rəsmi qərarlardan xəbərdar olmaq üçün direktor.az-a abunə olun. Ölkəmizin maarif sistemində baş verən bütün vacib hadisələri, rəhbər vəzifələrə təyinatları üçün bizi izləyin.
Odlar Yurdu Universitetində Pedaqoji ixtisaslar fakültəsinin dekanı və Riyaziyyat və pedaqoji fənlər kafedrasının müdiri vəzifələrinə seçkilər keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Seçkilərin əsas məqsədi universitetdə akademik idarəetmənin təkmilləşdirilməsi, tədris və elmi-tədqiqat fəaliyyətinin səmərəliliyinin artırılması, eləcə də fakültə və kafedraların inkişafının təmin edilməsidir.
Pedaqoji ixtisaslar fakültəsinin dekanı vəzifəsinə riyaziyyat üzrə fəlsəfə doktoru, dekan vəzifəsini müvəqqəti icra edən Aygün Tahir qızı Qarayeva və riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Ramazan Əzizxan oğlu Eyyubov namizədliklərini irəli sürüblər. Səsvermənin nəticələrinə əsasən, Aygün Tahir qızı Qarayeva Pedaqoji ixtisaslar fakültəsinin dekanı seçilib.
Riyaziyyat və pedaqoji fənlər kafedrasının müdiri vəzifəsinə isə kafedra müdiri vəzifəsini müvəqqəti icra edən dosent Məftun İsmayıl oğlu İsmayılov və riyaziyyat elmləri doktoru, professor Mənsim Zeynalabdin oğlu Məmmədov namizəd olublar. Səsvermənin nəticələrinə əsasən, dosent Məftun İsmayıl oğlu İsmayılov Riyaziyyat və pedaqoji fənlər kafedrasının müdiri seçilib. Pedaqoji ixtisaslar fakültəsinin fəaliyyətində tədrisin keyfiyyətinin yüksəldilməsi, müasir pedaqoji yanaşmaların və innovativ təhsil texnologiyalarının tətbiqi, tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb olunması, professor-müəllim heyətinin peşəkar inkişafının dəstəklənməsi və təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi əsas istiqamətlərdəndir.
Riyaziyyat və pedaqoji fənlər kafedrasının qarşısında isə elmi-pedaqoji potensialın gücləndirilməsi, riyaziyyatın tədrisində müasir metodların tətbiqi, rəqəmsal bacarıqların inkişafı, elmi nəşr fəallığının artırılması və gənc tədqiqatçıların dəstəklənməsi kimi mühüm vəzifələr dayanır. Yeni seçilmiş rəhbərlərin fəaliyyəti çərçivəsində fakültə və kafedra arasında akademik əməkdaşlığın genişləndirilməsi, müəllim və tələbələrin elmi təşəbbüslərinin dəstəklənməsi, tədris prosesində keyfiyyət göstəricilərinin yüksəldilməsi və universitetin strateji inkişaf hədəflərinə töhfə verilməsi prioritet istiqamətlər olacaq.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

