
AzTU müəllimi Ege Universitetində tələbələrə mühazirələr oxuyub
Ali təhsil müəssisələrimizin xaricdəki təmsilini, qlobal akademik əməkdaşlıqları izləmək üçün direktor.az-a abunə olun. Universitetlərimizin beynəlxalq nailiyyətləri, rəsmi elanlardan xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Texniki Universitetinin (AzTU) Mühəndis fizikası və elektronika kafedrasının müdiri Mətanət Mehrabova Orhun Mübadilə Proqramı çərçivəsində Türkiyənin Ege Universitetində akademik mobillik proqramında iştirak edib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. İki həftə davam edən proqram çərçivəsində Mətanət Mehrabova Ege Universitetinin Fizika bölümünün tədris və elmi-tədqiqat fəaliyyəti ilə yaxından tanış olub. O, universitetin bakalavr, magistr və doktorantura səviyyələrində təhsil alan tələbələrinə ixtisas mühazirələri oxuyub, ustad dərsləri və seminarlar keçirib.
Səfər zamanı Ege Universitetinin bölüm rəhbərləri və akademik heyəti ilə görüşlər də təşkil olunub. Görüşlərdə birgə elmi tədqiqatların aparılması, yeni layihələrin hazırlanması və iki universitet arasında akademik əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Görüşlərdə AzTU-nun Mühəndis fizikası və elektronika kafedrasında həyata keçirilən tədris və elmi fəaliyyətlər barədə ətraflı məlumat verilib, müvafiq istiqamətlər üzrə universitetlərarası əməkdaşlığın inkişaf perspektivləri diqqətə çatdırılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

