
İnklüziv siniflərdə çalışan müəllimlərə mentorluq dəstəyi göstərilir
İnklüziv və xüsusi təhsil sahəsindəki ən son metodologiyaları, pedaqoji təcrübə mübadilələrini izləmək üçün direktor.az-a abunə olun. Müəllimlərimizin peşəkar inkişafına yönəlmiş təlimlər, innovativ tədris layihələrindən məlumatlı olmaq üçün bizi izləyin.
Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) sifarişi əsasında 2026–2027-ci tədris ilində ölkə üzrə inklüziv siniflərin fəaliyyət göstərdiyi 112 ümumi təhsil müəssisəsinin inzibati və pedaqoji heyətinə mentorluq dəstəyi göstərilir.
Direktor.az xəbər verir ki, bu barədə ARTİ-dən bildirilib. Mentorluq xidmətinin əsas məqsədi inklüziv siniflərdə çalışan müəllimlərə tədris prosesində qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasında metodik dəstək göstərmək, onların praktik pedaqoji bacarıqlarını inkişaf etdirmək və şagirdlərin fərdi təhsil ehtiyaclarına uyğun inklüziv təlim mühitinin formalaşdırılmasına töhfə verməkdir.
Hazırda davam edən bu fəaliyyət çərçivəsində mentorlar məktəblərin inzibati heyəti ilə əməkdaşlıq edərək inklüziv siniflərdə dərsdinləmələr aparır, tədris prosesini və tətbiq olunan pedaqoji yanaşmaları təhlil edirlər. Dərsdinləmələrin nəticələri əsasında müəllimlərin peşəkar inkişaf ehtiyacları müəyyənləşdirilir, metodik görüşlər keçirilir və müvafiq tövsiyələr təqdim olunur.
Göstərilən metodik dəstək şagirdlərin fərdi təhsil ehtiyaclarının nəzərə alınması, təlim materialları və fəaliyyətlərinin bu ehtiyaclara uyğunlaşdırılması, eləcə də hər bir şagirdin təlim prosesində fəal iştirakının təmin edilməsi istiqamətində müəllimlərin praktik bacarıqlarının inkişafına yönəlib.
Mentorluq dəstəyi müəllimlərin davamlı peşəkar inkişafının dəstəklənməsi ilə yanaşı, məktəbdaxili metodik dəstək mexanizmlərinin gücləndirilməsinə, inklüziv təhsil təcrübəsinin təkmilləşdirilməsinə və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

