
BMU tələbələri “Azərkosmos”un Qobustandakı mərkəzində olublar
Ali təhsil müəssisələrimizdə gerçəkləşən layihələri, tələbə təşəbbüslərini izləmək üçün direktor.aza abunə olun. Universitetlərimizdəki ən son Zəfər tədbirləri, eləcə də rəsmi təhsil yeniliklərindən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Bakı Mühəndislik Universitetinin (BMU) “Ekologiya mühəndisliyi” və “Ətraf mühitin mühafizəsi və təbii resurslardan səmərəli istifadə olunması” ixtisasları üzrə təhsil alan bakalavr və magistr tələbələri üçün Azərbaycan Respublikası Kosmik Agentliyinin (Azərkosmos) Qobustan rayonunda yerləşən mərkəzinə infotur təşkil olunub.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Səfər çərçivəsində tələbələrə təlim də keçirilib.
İnfotur zamanı mərkəzin fəaliyyəti, qlobal rabitə şəbəkəsinin təmin olunmasında rolu, regional kosmik mərkəz kimi xidmətləri və Azərbaycanın kosmik sənayesinin inkişafına verdiyi töhfələr barədə ətraflı məlumat verilib.
Təlimdə tələbələrə peyk məlumatlarının Yer səthinin müşahidəsində, ətraf mühitin idarə olunmasında, dağ-mədən sənayesində və digər sahələrdə tətbiqi izah edilib. Həmçinin peyk platformaları və onların alt sistemləri, peyklərin orbitə görə növləri, “Azersky” Yer səthinin məsafədən müşahidə peykinin idarə olunması və bu istiqamətdə həyata keçirilən əməliyyatlar barədə təqdimat keçirilib.
Səfər tələbələrin kosmik texnologiyaların ekoloji tədqiqatlarda və təbii resursların idarə edilməsində tətbiqi ilə bağlı biliklərinin genişləndirilməsinə, nəzəri biliklərinin praktiki nümunələrlə möhkəmləndirilməsinə xidmət edib. Təlimin sonunda tələbələrin sualları cavablandırılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

