
SDU-da xaricdə təcrübə və karyera imkanları müzakirə olunub
Ali təhsil müəssisələrimizin xaricdəki təmsilini, qlobal akademik əməkdaşlıqları izləmək üçün direktor.az-a abunə olun. Universitetlərimizin beynəlxalq nailiyyətləri, rəsmi elanlardan xəbərdar olmaq üçün bizi izləyin.
Sumqayıt Dövlət Universitetində (SDU) turizm ixtisası üzrə təhsil alan tələbələr üçün Job in Global MMC tərəfindən “Türkiyənin turizm sahəsində təcrübə və karyera imkanları” mövzusunda seminar keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Karyera və Məzunlarla İş Mərkəzinin direktoru Anar Dünyamalıyev beynəlxalq istehsalat təcrübəsinin tələbələrin peşəkar inkişafı və karyera imkanlarının genişləndirilməsində rolunu qeyd edərək onları təqdim olunan imkanlardan yararlanmağa dəvət edib.
Sonra Job in Global MMC-nin təsisçisi Ceyhun Sabirli şirkətin fəaliyyəti, beynəlxalq əməkdaşlıq əlaqələri və Türkiyənin turizm sektorunda mövcud məşğulluq imkanları barədə məlumat verib. O, 2019-cu ildən fəaliyyət göstərən şirkətin 2027-ci il üzrə 59 otellə əməkdaşlıq edəcəyini, müxtəlif ölkələrdə ofislərinin fəaliyyət göstərdiyini bildirib. Həmçinin Türkiyənin beşulduzlu otellərində təşkil olunan ödənişli istehsalat təcrübəsi proqramının şərtləri, iş imkanları və tələbələr üçün yaratdığı peşəkar inkişaf perspektivləri haqqında ətraflı danışıb. Daha sonra tələbələrə məlumat xarakterli bukletlər təqdim olunub. Sonda tələbələrin sualları cavablandırılıb, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

