
DİM regionlarda dövlət qulluqçuları üçün təlimlər keçirir
Peşəkar bacarıqların artırılması, idarəetmə təlimləri və dövlət qulluğunda səriştələrin qiymətləndirilməsi ilə bağlı yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Maarifləndirici layihələr və təhsil sistemindən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum olaraq müəyyən edilib. Bununla əlaqədar, Mərkəz tərəfindən 2026-cı ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə əsasən, bütün regionlarda dövlət qulluqçuları üçün təlimlər keçiriləcək.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. 24 noyabr 2026-cı il tarixindən başlayan təlimlər 27 noyabr 2026-cı il tarixinədək Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarında təşkil olunacaq. Bu gün Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən “Dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi”, Ünsiyyət bacarıqlarının inkişafı” və “Cəmiyyətə xidmət psixologiyası: dövlət qulluqçusunun daxili motivasiyası” mövzularında dövlət qulluqçuları üçün təlimlər keçirilib.
Təlimlər zamanı mövzular ətrafında iştirakçılara məlumatlar verilib, müzakirələr aparılıb və onların sualları cavablandırılıb. Qeyd edək ki, təlimlər ilin sonunadək digər şəhər və rayonlarda davam edəcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

