
Bərdə Peşə Təhsil Mərkəzində insan alverinə qarşı mübarizə tədbiri keçirilib
Peşə təhsili müəssisələrində tələbələrin sosial və hüquqi məlumatlılığının artırılmasını, həyata keçirilən maarif tədbirlərini izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi siyasəti, gənclərin inkişaf layihələrindən xəbərdar olmaq üçün bizi izləyin.
Bərdə Dövlət Peşə Təhsil Mərkəzində insan alverinə qarşı mübarizə və bu istiqamətdə maarifləndirmənin artırılması məqsədilə tədbir keçirilib.
Direktor.az xəbər verir ki, tədbirdə İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının nümayəndələri, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, Mərkəzin inzibati rəhbərliyi, mühəndis-pedaqoji heyəti və tələbələri iştirak ediblər. Görüş zamanı insan alverinin yaratdığı təhlükələr, bu hallardan qorunma yolları, risklərin vaxtında müəyyənləşdirilməsi, təhlükəsiz davranış qaydaları və insan alverinin qarşısının alınmasında maarifləndirmənin əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat verilib. Tədbir çərçivəsində tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin keçirilməsində əsas məqsəd gənclərin insan alveri və onun yaratdığı risklər barədə məlumatlılığını artırmaq, təhlükəsiz davranış vərdişlərini gücləndirmək və bu istiqamətdə ictimai məlumatlılığa töhfə verməkdir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin