
Təhsil Tələbə Krediti Fondu təbliğat-təşviqat görüşlərinə başlayıb
Tələbələrin təhsil imkanlarının genişləndirilməsini, dövlət dəstəyi layihələrini izləmək üçün direktor.az-a abunə olun. Təhsil siyasəti, tələbə təminatı proqramlarından xəbərdar olmaq üçün bizi izləyin.
Təhsil Tələbə Krediti Fondu (TTKF) 2026/2027-ci tədris ili üzrə tələbələri kredit imkanları və müraciət qaydaları barədə məlumatlandırmaq məqsədilə təbliğat-təşviqat görüşlərinə başlayıb.
Direktor.az xəbər verir ki, bu barədə Fonddan bildirilib. Oktyabrın 5-də başlayan görüşlər ayın 30-dək Bakı şəhərində və regionlarda yerləşən ali, orta ixtisas və peşə təhsili müəssisələrini əhatə edəcək.
Bu çərçivədə Bakıda Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) və Azərbaycan Kooperasiya Universitetində, həmçinin Lənkəran, Astara, Masallı, Cəlilabad, Tovuz və Qazaxda yerləşən təhsil müəssisələrində görüşlər keçirilib.
Görüşlərdə Fondun əməkdaşları tərəfindən sosial və standart növ təhsil tələbə kreditlərinin şərtləri, müraciət prosesi, güzəştlər və geriödəmə qaydaları barədə ətraflı məlumat verilib.
İnteraktiv formatda keçirilən görüşlərdə tələbələri maraqlandıran suallar cavablandırılıb, müraciət zamanı diqqət yetirilməli məqamlara aydınlıq gətirilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin