
SDU-nun yeni rəsmi veb-saytının təqdimat mərasimi keçirilib
Ali məktəblərdə rəqəmsal prosesləri, təhsildəki inkişaf addımlarını izləmək üçün direktor.az-a abunə olun. Elm və təhsil idarəçiliyi siyasəti, rəqəmsal innovasiyalardan xəbərdar olmaq üçün bizi izləyin.
Sumqayıt Dövlət Universitetində (SDU) universitetin yenilənmiş rəsmi veb-saytının təqdimat mərasimi keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Tədbirdə SDU-nun rektoru, professor Nurəli Yusifbəyli, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, veb-saytın hazırlanmasını həyata keçirən mütəxəssislər və universitetin akademik heyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən universitetin rektoru, professor Nurəli Yusifbəyli rəqəmsal mühitin universitetin idarəetmə fəlsəfəsinin, tədris yanaşmalarının, elmi fəaliyyətinin və bütövlükdə inkişaf modelinin müasir tələblərə uyğunlaşdırılmasında mühüm rol oynadığını vurğulayıb.
Veb-saytın hazırlanmasında iştirak edən universitetin tələbə və məzunları platformanın imkanlarını nümayiş etdirərək onun əsas bölmələri və istifadə prinsipləri barədə məlumatları iştirakçıların diqqətinə çatdırıblar.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin