
Şəki-Zaqatala RTİ-nin məktəblərində süni intellekt barədə təlim keçirilib
Məktəblilərin müasir texnologiyalar və innovasiyalar sahəsində maariflənməsini, regional təhsil idarələrinin təşəbbüslərini izləmək üçün direktor.az-a abunə olun. Ümumi təhsil idarəçiliyi siyasəti, rəqəmsal tədris standartlarından xəbərdar olmaq üçün bizi izləyin.
Şəki şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlərin süni intellektdən məsuliyyətli istifadənin təşviqi məqsədilə “Rəqəmsallıq və süni intellekt” mövzusunda təlim keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib.
Təlimdə Şəki-Zaqatala RTİ-nin əməkdaşları, IV “Maarifçi” proqramının iştirakçısı Könül Şirinova, müəllimlər və şagirdlər iştirak ediblər. IV “Maarifçi” proqramının iştirakçısı Könül Şirinova çıxış edərək şagirdlərə rəqəmsal təhlükəsizlik, şəxsi məlumatların qorunması, süni intellektin imkanları və ondan düzgün istifadə qaydaları barədə məlumat verib. Təlim interaktiv suallar və praktiki nümunələrlə davam edib. Tədbirin sonunda Şəki şəhər Rasim Ocaqov adına Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri tərəfindən bədii proqram təqdim olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin