
Tibb Universitetində 3 dildə hazırlanan kitab tələbələrə hədiyyə edilib
Ali təhsil müəssisələrində tədris-metodiki bazanın gücləndirilməsini, tələbələrin müasir elmi və tədris resursları ilə təmin olunmasını izləmək üçün direktor.az-a abunə olun. Ali təhsil idarəçiliyi, universitetlərdə elmi-nəzəri hazırlığın inkişafından xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Azərbaycan Tibb Universitetinin Tibbi biologiya və genetika kafedrasında tələbələrin elmi-nəzəri hazırlığının gücləndirilməsi istiqamətində təşəbbüs həyata keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Kafedranın professoru, biologiya elmləri doktoru Yeganə Şəkərəliyevanın müəllifi olduğu yeni mühazirə dərsliyi nəşr olunub və tələbələrə hədiyyə edilib.
Nəşrdə fənn üzrə əsas mühazirə mövzuları sistemli şəkildə təqdim olunub. Dərslik tələbələrin nəzəri biliklərini möhkəmləndirmələri, mövzuları dərindən mənimsəmələri və tədris prosesində əldə etdikləri biliklərdən səmərəli istifadə etmələri üçün zəruri materialları özündə birləşdirir.
Azərbaycan, ingilis və rus dillərində hazırlanan mühazirə dərsliyi ATU-nun bütün fakültələrində təhsil alan tələbələrin istifadəsi üçün nəzərdə tutulub. Kitabın 15 nüsxəsi ATU-nun kitabxanasına da təhvil verilib. Bununla nəşrin daha geniş tələbə və müəllim auditoriyasının istifadəsinə verilməsi, eyni zamanda universitet kitabxanasının fondunun zənginləşdirilməsi təmin olunub.
Yeni mühazirə dərsliyinin tələbələrə hədiyyə edilməsi kafedranın bu istiqamətdə formalaşdırdığı ənənənin davamı olmaqla yanaşı, tələbələrin elmi və tədris resursları ilə təmin olunmasına töhfədir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin