
Tibb Universitetinin Hərbi tibb fakültəsində tələbələr ilə görüş keçirilib
Ölkənin ali təhsil müəssisələrindən ən son xəbərləri, rəsmi elanları və akademik mühitdə baş verən hadisələri izləmək üçün direktor.az saytına abunə olun. Təhsil və gənclər sahəsindəki mühüm proseslərdən xəbərdar olmaq bizi izləməyə davam edin.
Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində I kurs tələbələrinin ali təhsil mühitinə uyğunlaşması və elmi fəaliyyətə ilkin mərhələdən cəlb edilməsi məqsədilə fakültə rəhbərliyi və Tələbə Elmi Cəmiyyətinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Görüşdə Hərbi tibb fakültəsinin rəisi, tibb xidməti polkovniki Məharət Rzayev gələcək xidməti və akademik fəaliyyətlərində tələbələrə uğurlar arzulayıb, qarşıdakı illərin onların peşəkar formalaşmasında mühüm mərhələ olduğunu diqqətə çatdırıb.
Çıxış zamanı Bolonya təhsil sisteminin əsas prinsipləri, kredit sistemi, tədris prosesinin təşkili və tələbələrin akademik göstəricilərinin qiymətləndirilməsi mexanizmləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, müasir hərbi tibb mütəxəssisinin hazırlığı yüksək peşəkarlıq, intizam, operativ qərarvermə və praktiki bacarıqların kompleks şəkildə formalaşdırılmasını tələb edir.
Fakültə rəisi vurğulayıb ki, gələcəyin hərbi həkimləri mürəkkəb və məsuliyyətli peşənin mahiyyətini ilk kursdan etibarən dərindən dərk etməli, tədris prosesinə məsuliyyətli yanaşmalıdırlar.
Tələbə Elmi Cəmiyyətinin nümayəndələri tələbələri qurumun fəaliyyəti, elmi-tədqiqat istiqamətləri, mövcud inkişaf imkanları barədə məlumatlandırıblar. Eyni zamanda, hərbi tibb sahəsində elmi axtarışların təşviqi gələcək mütəxəssislərin müasir çağırışlara hazırlığının mühüm komponentlərindən biri kimi qiymətləndirilib.
Görüşdə tələbələrin tədris prosesi, kredit sistemi, qiymətləndirmə meyarları, elmi fəaliyyət və fakültə daxilində mövcud imkanlarla bağlı sualları cavablandırılıb. Səsləndirilən fikir və təkliflərin ardınca onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin