
SDU-nun baş müəllimi “Təhsildə Zirvə Forumu 2026”-da iştirak edib
Təhsil sahəsindəki tədbirləri, peşəkar təcrübələri və ekspert fikirlərini yaxından izləmək üçün direktor.az saytına abunə olun. Pedaqoji və elmi mühitdəki bütün mühüm hadisələrdən xəbərdar qalmaq üçün bizi izləyin.
Sumqayıt Heydər Əliyev Mərkəzində “Təhsildə Zirvə Forumu 2026” keçirilib.
Direktor.az xəbər verir ki, tədbir “Edu Line Academy”nin icraçı direktoru və “Təhsildə Zirvə Forumu”nun təşkilatçısı İlhamə Gülməmmədli və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı regional idarəsinin rəhbəri Sevinc Qasımovanın ortaq təşkilatçılığı ilə baş tutub.
Forumda təhsilin idarə olunması, inklüziv təhsil, psixoloji rifah, natiqlik və kommunikasiya, STEAM və rəqəmsal inkişaf mövzuları müzakirə edilib.
Forumun spikerləri sırasında Orxan Bəyov – təhsilin idarə olunması üzrə doktorant, Xəyalə Məmmədova – ADPU-nun pedaqogika üzrə fəlsəfə doktoru; Zaur Cahangirov – nitq təlimçisi, Aytən Kərimova – STEAM üzrə mütəxəssis-təlimçi yer alıblar.
Tədbirin xüsusi qonaqları sırasında Turab Əhmədov – Simurq Liseyinin Xırdalan kampusunun direktoru, Ülviyyə Hüseynli – inklüziv təhsil üzrə mütəxəssis, Afət Bəkir – pedaqoq və təlimçi, Aynurə Bağırova – Sumqayıt Dövlət Universitetinin baş müəllimi və Fərid Mustafayev – gənclər və ictimai maarifləndirmə üzrə təlimçi iştirak ediblər.
Tədbirin aparıcıları Murad Hümbətov və Röya Cəfərzadə olub. Tədbirdə Sumqayıt Dövlət Universitetinin müəllimləri, Simurq Liseyinin müəllimləri, müxtəlif orta ümumtəhsil məktəblərindən olan müəllimlər, təhsil işçiləri, təlimçilər və digər sahə nümayəndələri də iştirak ediblər.
“Təhsildə Zirvə Forumu 2026” təhsil ictimaiyyətinin nümayəndələrini vahid platformada birləşdirərək yeni ideyaların paylaşılması, təcrübə mübadiləsi və peşəkar əməkdaşlıqların qurulması üçün əhəmiyyət kəsb edib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin