
Tibb Universitetinin professoru Rusiyada konfransda məruzə deyib
Ölkəmizin səhiyyə və tibb mütəxəssislərinin beynəlxalq elmi arenadakı çıxışlarını, ali tibb təhsili müəssisələrinin qlobal tərəfdaşlıqlarını izləmək üçün direktor.az-a abunə olun. Elm və tibb təhsili idarəçiliyi, universitetlərarası elmi əməkdaşlıqlar və ölkəmizin akademik mühitində baş verən xəbərlər üçün bizi izləməyə davam edin.
Azərbaycan Tibb Universitetinin kafedra müdiri, tibb elmləri doktoru Rauf Bəylərov Rusiyanın Astraxan şəhərində keçirilən Ümumrusiya elmi-praktiki konfransında iştirak edib.
Direktor.az xəbər verir ki, konfrans “Pediatriyada fənlərarası problemlər: elm və təcrübənin dialoqu” mövzusuna keçirilib.
Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Astraxan Dövlət Tibb Universitetinin (ADTU) Pediatriya fakültəsinin yaradılmasının 60 illik yubileyinə həsr olunan elmi tədbirə ATU nümayəndəsi onlayn formatda qoşulub. Professor konfrans çərçivəsində “Vaxtından əvvəl doğulmuş uşaqlarda nekrotik enterokolitin erkən diaqnostikasında qeyri-invaziv monitorinq: abdominal oksimetriya və klaudin-3-ün rolu” adlı elmi məruzə ilə çıxış edib.
Məruzədə vaxtından əvvəl doğulmuş uşaqlarla nekrotik enterokolitin (NEK) erkən mərhələdə müəyyənləşdirilməsinin klinik əhəmiyyəti, xəstəliyin ağırlaşmalarının qarşısının alınmasında vaxtında diaqnostikanın rolu və müasir qeyri-invaziv monitorinq metodlarının imkanları diqqətə çatdırılıb.
Pediatriyanın aktual və yüksək klinik əhəmiyyət daşıyan istiqamətlərindən birinə həsr olunan elmi məruzə konfrans iştirakçılarının diqqətini cəlb edib və mövzu ətrafında elmi maraq doğurub.
ATU nümayəndəsinin elmi tədbirdə iştirakı Azərbaycan və Rusiya tibb universitetləri arasında elmi əməkdaşlığın gücləndirilməsinə, müasir tibbi təcrübə və bilik mübadiləsinin genişləndirilməsinə xidmət edir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin