
“Vahid məktəbli formasının əsas məqsədi bərabərlik yaratmaqdır” - Komitə Sədri
Məktəblərdə vahid geyim formasının əhəmiyyəti, şagirdlər arasında bərabərlik və dərslərdə nizam-intizamın qorunması ilə bağlı fikirləri saytımızdan oxuyun. Məktəbli forması qaydaları, dərslər və məktəb həyatı ilə bağlı xəbərləri öyrənmək üçün direktor.az-a abunə olun.
Sadə və vahid geyim forması tərbiyə mənbəyidir. Hər kəs bildiyi kimi geyinəndə çoxlarının diqqəti dağılır, dərs kənarda qalır. Bu da özlüyündə dərsin keyfiyyətinə təsir edir.
Direktor.az “Azərbaycan müəllimi"-nə istinadla xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov bildirib.
Onun sözlərinə görə, məktəbə hərə bir ailədən gəlir. Hamının arzu və istəyi bir olmur:
"Hərə öz evinin arzuladığı geyimlə məktəbə gəlsə, siz təsəvvür edin ki, onun ümumi nəticəsi nə olacaq? Məktəb elə o birinci sinifdə olan fidanlarımıza öyrədir ki, yol budur, geyim budur. Bir də dünyanın inkişaf etmiş dövlətlərinə baxaq. Onlarda artıq geyimlə bağlı heç bir problem yoxdur. Vahid məktəbli formasının əsas məqsədi məktəbdə bərabərlik yaratmaqdır. Hamının geyimi eyni olmalıdır ki, heç bir şagird biri-birindən fərqlənməsin. Vahid geyim deyərkən biz milli adət-ənənəmizə imtina etmirik. Biz öz dinimizdən fərqli olaraq başqa dinin arxasına düşmürük. Heç zaman yaddan çıxartmamalıyıq ki, bu ölkənin əhalisinin böyük əksəriyyəti islam dinindən olan insanlardır. Avropada təhsil ala bilərik, o düşüncənin sahibi ola bilərik, amma unutmamalıyıq ki, biz azərbaycanlıyıq".
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin