
İdman Akademiyasında müəllimlər üçün tədbir keçirilib
Ali təhsil müəssisələrində elmi-tədqiqat fəaliyyəti, akademik heyətin inkişaf standartlarını izləmək üçün direktor.az-a abunə olun. Elm və ali təhsil idarəçiliyi siyasəti və ölkəmizin maarif sistemində həyata keçirilən tədbirlərdən xəbərdar olmaq üçün bizi izləyin.
Oktyabrın 10-da Azərbaycan İdman Akademiyasında (ASA) müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və elmi-tədqiqat fəaliyyətinin təşviqi məqsədilə “Peşəkar inkişafdan elmi uğura” adlı tədbir keçirilib.
Direktor.az xəbər verir ki, ASA-nın rektoru Fuad Hacıyev Akademiyada müəllimlərin davamlı peşəkar inkişafı və elmi fəaliyyətinin dəstəklənməsi istiqamətində görülən işləri iştirakçıların diqqətinə çatdırıb.
Akademiyanın tədris işləri üzrə prorektoru Ülkər Babayeva müəllimlərin elmi fəaliyyətinin gücləndirilməsi, beynəlxalq elmi nəşrlərdə təmsilçiliyinin artırılması və tədqiqat nəticələrinin tədris prosesinə inteqrasiyasının əhəmiyyətindən danışıb.
Prorektor, həmçinin Akademiyanın Sağlamlaşdırıcı idman və reabilitasiya kafedrasının baş müəllimi, t.ü.f.d. Nizami Cəfərovun müəllifi olduğu “Zərbə enerjisini və sürətini ölçən” adlı qurğu modelinin Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində qeydiyyata alınması barədə məlumat verib.
Elm və innovasiyalar üzrə prorektor, professor əvəzi Nailə Kələntərli isə Akademiyanın Q1 və Q2 kvartilli, eləcə də Scopus elmi bazasında indekslənən digər jurnallarda dərc olunan məqalələrin statistik göstəricilərini təqdim edib.
Bununla yanaşı, tədris ilinin əvvəlində həyata keçirilmiş “Müəllimlərin peşəkar inkişafına dəstək” proqramı haqqında ətraflı məlumat verilib və bu proqramı uğurla başa vuran müəllimlər sertifikatlarla təltif olunub. Sonda həmçinin 2025/2026-cı tədris ilində fəaliyyəti ilə xüsusi fərqlənən əməkdaşların əməyi təşəkkürnamələrlə qiymətləndirilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin