
Şəmkirdə tərbiyəçi-müəllimlər üçün sertifikatlaşdırmaya hazırlıq təlimi keçirilib
Məktəbəqədər və ümumi təhsil sahəsində həyata keçirilən rəsmi prosesləri, imtahan yeniliklərini izləmək üçün direktor.az-a abunə olun. Pedaqoji kadrların inkişafı, qiymətləndirmə çərçivələrindən xəbərdar olmaq üçün bizi izləyin.
25 noyabr Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) Qazax–Tovuz Regional filialının təşkilatçılığı ilə Şəmkir rayonunun məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər üçün sertifikatlaşdırma imtahanına hazırlıq məqsədilə təlim keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib. Təlimdə məktəbəqədər təhsil sahəsində təcrübəli mütəxəssislər iştirak edərək öz bilik və təcrübələrini tərbiyəçi-müəllimlərlə bölüşüblər.
Təlim zamanı məktəbəqədər təhsilin məzmunu, müasir pedaqoji yanaşmalar, təlim metod və üsulları, uşaqların inkişaf xüsusiyyətləri və dəyərləndirmə məsələləri müzakirə olunub, sertifikatlaşdırma imtahanına dair nümunəvi suallar təhlil edilib. Təlimin əsas məqsədi tərbiyəçi-müəllimlərin peşəkar bilik və bacarıqlarının təkmilləşdirilməsi, metodik dəstək ehtiyaclarının qarşılanması və sertifikatlaşdırma imtahanına hazırlıq səviyyəsinin yüksəldilməsi olub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

