
Direktorların işə qəbulu üzrə müsabiqə barədə verilən suallar və cavablar açıqlanıb
Təhsil sahəsindəki işə qəbul proseslərini, vakansiya elanlarını izləmək üçün direktor.az-a abunə olun. Pedaqoji kadrların yerləşdirilməsi, rəsmi qeydiyyat tarixlərindən xəbərdar olmaq üçün bizi izləyin.
Direktorların işə qəbulu üzrə müsabiqə barədə tez-tez verilən suallar və onların cavabları açıqlanıb.
Direktor.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
1. Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə
müsabiqədə kimlər iştirak edə bilər?
- Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az
olmayaraq (elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan, qaydalara uyğun
minimum bal tələbini ödəyən və hazırda ümumi təhsil müəssisələrində pedaqoji
fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.
2. Müsabiqədə iştirak üçün bal tələbi necədir?
- Şagird sayı 501-dən çox olan təhsil müəssisələrinə müraciət edən namizədlər
təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 51 bal və
daha yuxarı nəticə, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanında
iştirak etməmiş namizədlər isə müəllimlərin işə qəbulu müsabiqəsinin, müəllimlərin
diaqnostik qiymətləndirilməsinin test imtahanında və ya ixtisas bilikləri imtahanında 85%
və daha yuxarı nəticə göstərməlidir.
- Şagird sayı 500-dən az olan təhsil müəssisələrinə müraciət edən namizədlər
təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 42 bal və
daha yuxarı nəticə, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanında
iştirak etməmiş namizədlər isə müəllimlərin işə qəbulu müsabiqəsinin, müəllimlərin
diaqnostik qiymətləndirilməsinin test imtahanında və ya ixtisas bilikləri imtahanında 70%
və daha yuxarı nəticə göstərməlidir.
3. Müsabiqəyə elektron sənəd qəbulu nə zaman həyata keçiriləcək?
- Müsabiqədə iştirak etmək istəyən namizədlər 27 noyabr saat 15:00-dan 4 dekabr saat
17:00-dək https://miq.edu.az/direktor linkinə daxil olaraq elektron ərizələrinə müvafiq
məlumatları daxil etdikdən, tələb olunan sənədləri yüklədikdən və vakant yerləri
seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər.
4.Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə hansı mərhələlərdən ibarətdir?
- Direktorların işə qəbulu 2 mərhələdən (seçim və müsahibə) ibarət müsabiqə yolu ilə
keçirilir.
5.Elektron müraciət zamanı namizəddən hansı sənədlər tələb olunur?
- Elektron müraciət zamanı namizəddən aşağıdakı sənədlər tələb olunur:
a) Ali təhsil haqqında sənəd(lər)in surəti;
b) Elmi ad və ya dərəcə varsa təsdiqedici sənədin surəti;
c) Əmək kitabçasının surəti.
6. Namizəd neçə vakant yer üçün müraciət edə bilər?
- Ən çox 3 vakant yer seçilə bilər.
1. Namizədlər müsahibə mərhələsinə necə dəvət edilir?
- Namizədlər qaydalara uyğun olaraq ardıcıllıq prinsipi əsasında mərhələli şəkildə dəvət
edilirlər.
7.Müsahibə mərhələsində namizədin hansı meyarlar üzrə qiymətləndirilməsi
aparılır?
- Namizəd aşağıdakı meyarlar üzrə qiymətləndirilir:
a) Liderlik və strateji idarəetmə bacarıqları;
b) Pedaqoji və tədris bacarıqları;
c) İdarəçilik və təşkilatçılıq bacarıqları;
d) Ünsiyyət və əlaqə bacarıqları;
e) Problemlərin həlli və qərarvermə;
f) Rəqəmsal və texnoloji bacarıqlar;
g) Sosial və emosional bacarıqlar
8.Eyni nəticə göstərən namizədlər arasında seçim necə aparılır?
- Aşağıdakı ardıcıllıqla üstünlük verilir:
a) Daha yüksək balı olan;
b) Magistr dərəcəsinə malik olan;
c) Pedaqoji stajı daha çox olan;
d) Rəhbər vəzifə təcrübəsi daha çox olan.
9. İşə qəbul prosesi hansı formada həyata keçirilir?
- Müsahibə nəticələri elan edildiyi vaxtdan qanunvericiliklə müəyyən olunmuş müddətdə,
sənədlərin yoxlanmasından sonra vakant direktor vəzifəsini tutmuş namizədlə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanılır.
10. Öncəki müsabiqələrdə iştirak etmiş namizədlər bu müsabiqədə iştirak edə
bilərlərmi?
- Öncəki müsabiqələrdə iştirak etmiş namizədlərin cari müsabiqədə iştirakına heç bir məhdudiyyət qoyulmur.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
