
Yaponiyanın cüdo ustası İdman Akademiyasında təlim keçib
Ali təhsil müəssisələrində beynəlxalq standartların tətbiqi, qlobal akademik əməkdaşlıqlar və xarici mütəxəssislərin cəlb olunduğu təlim proqramları barədə məlumatlar üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi, strateji akademik tərəfdaşlıqlardan xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan İdman Akademiyası, Azərbaycan Cüdo Federasiyası və Böyük Britaniyanın Hertfordşir Universiteti arasında imzalanmış üçtərəfli anlaşma memorandumu çərçivəsində Akademiyanın “Məşqçilik” ixtisasının tələbələrinə dərslər keçirilir.
Direktor.az xəbər verir ki, bununla bağlı İdman Akademiyasından bildirilib. Sentyabrın 28-dən oktyabrın 2-dək keçirilən proqrama I–IV tədris ili tələbələri praktikaya cəlb olunublar. Məşğələlərdə tələbələrlə yanaşı, Akademiyanın müəllim və məşqçiləri də iştirak edirlər.
Tədris prosesinə Hertfordşir Universitetinin professoru Mayk Kallenin rəhbərliyi ilə Yaponiyanın Tokai Universitetinin cüdo klubunun şihanı, Kodokanın 8-ci dan sahibi Kenji Mitsumoto qatılıb. Proqramda kata, məşqçilik, pedaqogika, idman psixologiyası, cüdo üzrə tədqiqatlar və klub idarəçiliyi istiqamətləri üzrə mövzulara yer verilir.
Qeyd edək ki, ASA, ACF və Hertfordşir Universitetinin əməkdaşlığı gələcək məşqçilərin nəzəri biliklərinin praktiki bacarıqlarla tamamlanmasına və onların peşəkar hazırlığının inkişafına yönəlib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin