
124 özəl bağçada dövlət maliyyələşməsi tətbiq edilib
Özəl bağçalara qəbul proseslərini, təhsil haqqının dövlət maliyyələşmə mexanizmlərini izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi, Elm və Təhsil Nazirliyinin rəsmi qərarlarından xəbərdar olmaq üçün bizi izləyin.
Oktyabrın 1-dən valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan yeni maliyyələşmə modeli üçün seçilən özəl bağçalarda tədrisə başlanılıb.
Direktor.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Yeni maliyyələşmə modeli məktəbəqədər təhsilin əlçatanlığının artırılması, daha çox uşağın bağçalarda təhsilə cəlb olunması və valideynlər üçün əlavə seçim imkanlarının yaradılması məqsədilə tətbiq edilir. Layihə çərçivəsində 124 özəl məktəbəqədər təhsil müəssisəsi müsabiqə yolu ilə seçilib.
Yeni mexanizmə əsasən, seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində qəbul olunan uşaqların təhsil haqqının müəyyən hissəsini dövlət maliyyələşdirilir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin