
Bu fənnin dərs saatı artırılıb
Orta məktəblərdə tədris proqramlarının yenilənməsi, fənn saat dəyişikliklərini və pedaqoji heyət üçün təqdim edilən təlim resurslarını izləmək üçün direktor.az-a abunə olun. Təhsil İnstitutunun rəsmi metodiki tövsiyələri və maarif sistemində keçirilən tədris islahatlarından xəbərdar olmaq üçün bizi izləyin.
2026/2027 tədris ilində ümumi təhsil müəssisələrinin 1-ci və 2-ci siniflərində əsas xarici dil fənninin həftəlik tədris saatı artırılıb.
Direktor.az xəbər verir ki, bu barədə Təhsil İnstitutundan bildirilib. Bu ildən uşaqlar həftədə 1 saat deyil, 2 saat xarici dil öyrənəcəklər.
Dərs saatının artması ilə əlaqədar olaraq xarici dil müəllimlərinə (ingilis dili) metodiki dəstək məqsədilə ARTİ tərəfindən tövsiyə xarakterli illik plan nümunələri hazırlanıb. Sənədə hər sinif üzrə 1 dərsi əhatə edəcək gündəlik dərs icmalı da əlavə edilib.
Qeyd edək ki, bu fəaliyyətin davamı olaraq yaxın günlərdə xarici dil müəllimləri üçün silsilə vebinarların təşkilinə başlanılacaq.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin